Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Mərkəzi Bank iki BOKT-un vəzifəli şəxslərini cərim...
Mərkəzi Bank iki BOKT-un vəzifəli şəxslərini cərimələyib
İqtisadiyyat

Mərkəzi Bank iki BOKT-un vəzifəli şəxslərini cərimələyib

Xpress.az Redaksiyası 27.01.2026 10:21

Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT “Finans Kredit” MMC-nin və “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxslərini cərimələyib.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, Bank olmayan kredit təşkilatı “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat, “SF Azerbaijan” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək