Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Ekspertdən "yeni dollar" AÇIQLAMASI -
Ekspertdən "yeni dollar" AÇIQLAMASI -
İqtisadiyyat

Ekspertdən "yeni dollar" AÇIQLAMASI - ABŞ valyutasına meydan oxuya bilər?

Xpress.az Redaksiyası 30.01.2026 10:55

"BƏƏ-nin milli valyutası olan dirhəm ABŞ dollarına möhkəm şəkildə bağlı olduğu üçün bəzən “yeni dollar” adlandırılır, lakin o, Amerika valyutasını tam əvəz edə bilməz".

Bu barədə “Prime” agentliyinə “Opora Rossii”nin Moskva Şəhər Bölməsinin Maliyyə Bazarları Komissiyasının sədri Yeqor Diyaşov bildirib.

Onun sözlərinə görə, dirhəm etibarlı, lakin ekzotik valyutadır və əlavə investisiya aləti kimi istifadə oluna bilər. Bununla belə, onu dünya ehtiyat valyutalarının tam və ya yeganə əvəzedicisi kimi qəbul etmək olmaz.

Diyaşov qeyd edib ki, dirhəm tam şəkildə ABŞ dollarından asılıdır və buna görə də dollarla birlikdə avtomatik olaraq ucuzlaşır.

Maliyyəçinin sözlərinə görə, BƏƏ-nin iqtisadiyyatı neft və qaz gəlirlərindən ciddi şəkildə asılıdır və bu resursların qiymətlərinin enməsi məzənnəyə təsir göstərə bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək