Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Əlilliyi olan şəxslər üçün hansı İMKANLAR yaradılı...
Əlilliyi olan şəxslər üçün hansı İMKANLAR yaradılır?
Cəmiyyət

Əlilliyi olan şəxslər üçün hansı İMKANLAR yaradılır?

Xpress.az Redaksiyası 03.02.2026 12:56

Xəbər verildiyi kimi, son bir ildə Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 5800 şəxsi işlə təmin edib. Ötən il bu kateqoriyaya aid 1284 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb. Statistikalar əlilliyi olan şəxslər üçün müsbət bir mənzərə ortaya qoyur.

Bəs, ümumilikdə, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası yönündə hansı işlər aparılır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, əlilliyi olan şəxslərin reabilitasiyası, sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası tədbirləri və məşğulluğunun təminatı istiqamətində vacib işlər aparılır:

“İnklüziv inkişaf Azərbaycanda əsas hədəflərdən biridir. Eyni zamanda, əlilliyi olan vətəndaşlarımızın da cəmiyyətə inteqrasiyası və işlə təmin olunması nəzərdə tutulur. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışlarının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili həyata keçirilir.

Son bir ildə əlilliyi olan 500-dək şəxs peşə kurslarına cəlb olunub. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib. Amma qanunvericiliyə əsasən, əlilliyi olan şəxslərlə bağlı iş yerlərinin kvotaları var”. 

Deputat qeyd edir ki, vacib məqamlardan biri də əlilliyi olan vətəndaşlarımızın daha yaxşı təhsil almasıdır. Bu sahədə onların həm əyani, həm də distant şəkildə işləməsi mümkün ola bilər. Eyni zamanda, ixtisaslı kadr kimi onlara olan tələbi artıra bilər:

“Bu baxımdan, əlilliyi olan şəxslərin orta məktəb və universitetlərdə keyfiyyətli təhsil alması üçün infrastruktur təkmilləşdirilməlidir. Çünki praktiki olaraq həmin vətəndaşların cəmiyyətə inteqrasiyası və karyerası birbaşa olaraq onların təhsil səviyyəsindən asılıdır. Bir sıra ölkələrdə əlilliyi olan şəxsləri daha çox işə cəlb edən şirkətlər üçün müəyyən güzəştlər və subsidiyalar tətbiq olunur. Oxşar praktikanın Azərbaycanda da tətbiqinə baxıla bilər. Amma bütövlükdə inklüziv olaraq əlilliyi olan şəxslərin cəmiyyətə daha yaxından inteqrasiyası ilə bağlı işlərin sürətlənməsi müşahidə olunur”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək