Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Çağırışçıya iki qurum bir-birinə zidd tibbi rəy ve...
Çağırışçıya iki qurum bir-birinə zidd tibbi rəy verib?-
Cəmiyyət

Çağırışçıya iki qurum bir-birinə zidd tibbi rəy verib?- AÇIQLAMA

Xpress.az Redaksiyası 03.02.2026 15:48

İmişli Rayon Hərbi Komissarlığında qeydiyyatda olan İbrahim Gülüşov ona Nizami Tibb Mərkəzinin, həmçinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ((DTSERA)) bir-birinə zidd rəylər verdiyini iddia edir.

Bu barədə Oxu.Az-a müraciət edən vətəndaş vurğulayıb ki, daha əvvəl Nizami Tibb Mərkəzinin tibbi rəyi əsasında müddətli həqiqi hərbi xidmətə yararsız və çağırışdan azad olunma qərarı verilib.

O, iddia edib ki, daha sonra DTSERA-da aparılmış müayinə nəticəsində eyni diaqnoz üzrə "hərbi xidmətə yararlıdır" qərarı çıxarılıb.

Onun skoliozdan əziyyət çəkdiyi bildirilir.

Buna qədər üç hərbi həkim yoxlanışından keçən İ.Gülüşov qeyd edib ki, hazırkı verilən qərar anlaşılmazdır və bununla bağlı müvafiq qurumlara şikayət edəcək.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanıb.

Qurumun İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Oxu.Az-a açıqlamasında bildirib ki, həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətlənləndirilməsi üzrə yekun tibbi müayinə DTSERA tərəfindən aparılır.

Çağırışçıya iki qurum bir-birinə zidd tibbi rəy verib?

"Yekun tibbi müayinəni nazirliyin tabeliyindəki DTSERA hərbi həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır.

Prosedur aşağıdakı qaydada aparılır:

• Çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən agentliyin "Vətəndaşların qəbulu" altsisteminə göndəriş (Forma 44) daxil edilir;

• Göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir;

• Növbəlilik əsasında çağırışçılar agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir;

• Müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.

Onu da bildirək ki, çağırışçı yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarla razılaşmadığı halda, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində yaradılmış "Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurası"na müraciət ərizə ilə müraciət edə bilər", - deyə qurum rəsmisi bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək