Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Yeni metro stansiyaları tikilən ərazilərdə mənzill...
Yeni metro stansiyaları tikilən ərazilərdə mənzillər
Cəmiyyət

Yeni metro stansiyaları tikilən ərazilərdə mənzillər BAHALAŞACAQ

Xpress.az Redaksiyası 04.02.2026 09:37

Bakıda yeni metro stansiyalarının tikintisinin ərazilərdə ev qiymətlərinə və daşınmaz əmlak sektoruna təsiri qaçılmazdır. Təcrübədə oxşar şəhərlərdə yeni metro stansiyalarının açılması yaxın radiusda daşınmaz əmlak qiymətlərini 10-30% və bəzən daha çox da artıra bilər. Bu rəqəm bazar şəraitinə görə dəyişir. Bu effekt ümumiyyətlə stansiyadan təxminən 300-800 metr radiusda ən güclü olur.

Mövzunu Milli.Az-a şərh edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yeni metro stansiyalarının inşası tikinti sektorunda sifarişlərin artmasına, şirkətlərin portfelinin genişlənməsinə və fəaliyyət sahələrinin böyüməsinə səbəb olur.

"Bu layihələr ətraf mühitin nəqliyyat əlçatanlığının təmin edilməsi və infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm addımdır. Bakıda 10 yeni stansiyanın tikintisi həm işçi qüvvəsinin, həm də inşaat materialları bazarının aktivləşməsinə və tikinti şirkətlərinin büdcələrinin böyüməsinə təkan verir. Metro stansiyalarına yaxın ərazilərdə daşınmaz əmlakın qiymətlərində artım müşahidə olunacaq. Nəqliyyat əlçatanlığı qiymət artımının əsas amillərindən biridir. Hətta yeni stansiyaların tikintisi barədə məlumatların ictimailəşdirilməsi belə, həmin ərazilərdəki əmlakın satış qiymətlərinin artmasına birbaşa təsir göstərir".

Sədr qeyd edib ki, investorlar nəqliyyat infrastrukturuna böyük önəm verirlər.

"Metroların inşası həmin ərazilərdə yeni yaşayış sahələrinin, inzibati binaların, ticarət mərkəzlərinin (molların) və iaşə obyektlərinin yaranması üçün zəmin yaradır. Metro xidmətindən istifadə edən vətəndaşların stansiya ətrafında cəmləşməsi ticarət obyektlərinin gündəlik gəlirlərinin artmasına səbəb olur. Yeni metro stansiyalarının tikintisi həm əhalinin nəqliyyat ehtiyaclarının ödənilməsi, həm də ölkə iqtisadiyyatının davamlı inkişafı baxımından strateji əhəmiyyət kəsb edir", - deyə V.Oruc Qeyd edib.

Qeyd edək ki, artıq Bakı metrosunda 2027-ci ilə qədər inşası nəzərdə tutulan 10 stansiyadan 1-də tikinti gedir, digər 9 stansiyanın layihələndirmə işləri yekunlaşıb. Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, metronun şərti adı B4 olan stansiyanda tikinti davam edir və bu ilin sentyabr ayına qədər bitməsi nəzərdə tutulub.

Dərnəgül deposunda da tikinti işlərinə başlanılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək