Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Sea Breeze”də binalar tikdirən “Nardaran İnvest”...
“Sea Breeze”də binalar tikdirən “Nardaran İnvest” böyük məbləğdə
Cəmiyyət

“Sea Breeze”də binalar tikdirən “Nardaran İnvest” böyük məbləğdə CƏRİMƏLƏNDİ

Xpress.az Redaksiyası 04.02.2026 16:19

“Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binaları tikdirən “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətə cəlb edilib.

 MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi) maddəsi ilə protokol tərtib edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişli Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə “Nardaran İnvest” 5 min manat cərimə edilib.

Həmin qərardan narazı qalan şirkətin direktoru apellyasiya qaydasında şikayət verib. Şikayətdə qeyd olunub ki, MMC tərəfindən heç bir qanun pozuntusuna yol verilməyib. Bundan əlavə qeyd edilib ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Nardaran İnvest” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşməsinə baxmayaraq, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə zidd olaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şirkət rəhbərliyi tərəfindən verilən şikayət təmin edilməyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək