Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Bu müəssisələrə yeni tələb qoyuldu - QƏRAR
Bu müəssisələrə yeni tələb qoyuldu - QƏRAR
Cəmiyyət

Bu müəssisələrə yeni tələb qoyuldu - QƏRAR

Xpress.az Redaksiyası 05.02.2026 12:25

“Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirmə normaları” təsdiq edilib.

Bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev müvafiq qərar imzalayıb.

Qərara əsasən, kənd təsərrüfatı müəssisələrinin baş planları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında” qanunlar və digər qüvvədə olan normativ tələblər nəzərə alınmaqla hazırlanmalıdır.

Ətraf mühitə təsirin qiymətləndirilməsi siyahısına daxil edilmiş kənd təsərrüfatı müəssisələri üçün bu qiymətləndirmə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna uyğun olaraq yerinə yetirilməlidir.

Su, torpaq, meşə, bitki və heyvanlar aləmindən istifadənin əsaslandırılması, eləcə də torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin statusunun qorunması məqsədilə kooperativlərin, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin, həmçinin irimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanaraq dövlət ekoloji ekspertizası keçirilməli və “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunun tələbləri yerinə yetirilməlidir.

Məlumat üçün bildirək ki, qərar yanvarın 22-də qəbul edilib, fevralın 2-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, fevralın 3-dən qüvvəyə minib. (trend.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“Azercell" abunəçilərinə

21.09.2026 10:59 Texnologiya

Birinci özümüzə ev alaq, yoxsa maşın?

21.09.2026 10:44 Cəmiyyət

Ana yeni doğulan körpəsini zibil qutusuna

21.09.2026 10:31 Hadisə

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir?

21.09.2026 10:11 Cəmiyyət

Milli Məclisdə kimlər var, nə çatışmır, parlament gələcəyi görə bilirmi?

21.09.2026 09:52 Cəmiyyət

Qədim Mars və sirli fəlakət:

21.09.2026 09:51 Dünya

Üç BÜRCƏ sentyabrın 27-nə qədər pul və uğur zəmanəti

21.09.2026 09:26 Cəmiyyət

Həm dövlət, həm özəl bağçaya eyni vaxtda növbəyə yazılmaq olar?

21.09.2026 09:08 Təhsil

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək