Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Dilşad Əhədova SANKON-un Azərbaycan üzrə nümayəndə...
Dilşad Əhədova SANKON-un Azərbaycan üzrə nümayəndəsi təyin olundu
Cəmiyyət

Dilşad Əhədova SANKON-un Azərbaycan üzrə nümayəndəsi təyin olundu

Xpress.az Redaksiyası 06.02.2026 13:49

Sənaye və Ticarət Konfederasiyasının (SANKON) Baş Qərargahı tanınmış iş adamı Dilşad Əhədovanın təşkilatın Azərbaycan Respublikası üzrə rəsmi nümayəndəsi təyin edildiyini açıqlayıb.

SANKON-un yaydığı rəsmi məlumatda bildirilib ki, Dilşad Əhədova konfederasiyanı Azərbaycan Respublikası hökuməti və ölkənin biznes ictimaiyyəti qarşısında ən yüksək səviyyədə təmsil etmək səlahiyyətinə malikdir.

Qeyd olunub ki, Dilşad Əhədova Azərbaycan Respublikasının vətəndaşıdır və eyni zamanda “Adalia International Ladies Platform” təşkilat-şirkətinin Direktorlar Şurasının sədri vəzifəsini icra edir.

Bu təyinatın SANKON ilə Azərbaycan arasında sənaye, ticarət və beynəlxalq biznes əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyi vurğulanır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək