“Avaralığa görə 20 manat cərimə?” – Aytən Səfərovanın BU VİDEOSU gündəm oldu
Məşhur aparıcı Aytən Səfərova sosial şəbəkədə paylaşdığı videoda “avaralığa görə cərimə” iddiası ilə bağlı diqqətçəkən açıqlama verib.
Xpress.az-ın xəbərinə görə, aparıcı bildirib ki, ona göndərilən mesaja əsasən bir vətəndaşa “avaralığa görə” 20 manat cərimə tətbiq edildiyi iddia olunur.
O, əvvəlcə bunun dələduzluq mesajı ola biləcəyini düşündüyünü desə də, İnzibati Xətalar Məcəlləsində belə bir maddənin mövcudluğunu xatırladıb.
Aytən Səfərova məsələyə etiraz edərək vurğulayıb ki, hazırda iş tapmaqda çətinlik çəkən minlərlə insan var və kiminsə rəsmi iş yerinin olmaması onun “avaralıq” etməsi anlamına gəlməməlidir. Onun sözlərinə görə, ailəli, övladlı və müxtəlif yerlərdə qeyri-rəsmi çalışan bir şəxsin bu əsasla cərimələnməsi suallar doğurur.
Aparıcı həmçinin sual edib ki, əgər bir insan doğrudan da maddi çətinlik yaşayırsa, həmin 20 manatı necə ödəməlidir. O, bu yanaşmanı “absurd” adlandıraraq məsələnin ciddiliyinə diqqət çəkib.
Mövzu sosial şəbəkə istifadəçiləri arasında da müzakirələrə səbəb olub.
Xpress.az