Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ indi də Qazaxıstanı hədəf aldı:
ABŞ indi də Qazaxıstanı hədəf aldı:
Dünya

ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?

Xpress.az Redaksiyası 28.02.2026 10:25

Vaşinqton Qazaxıstanı Çinə alternativ nadir torpaq mineralları mənbəyi kimi görür.

Bunu ABŞ-ın Qazaxıstandakı səfiri Culi Stafft bildirib.

Səfir bu məsələ ilə bağlı suala cavab olaraq deyib: "Qazaxıstanı ilk dəfə araşdıranda ölkənin mineral ehtiyatlarla nə qədər zəngin olması məni heyrətləndirdi".

Stafft Qazaxıstanın nadir torpaq metalların əhəmiyyətli ehtiyatlarına malik olduğunu vurğulayıb və ABŞ ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu qeyd edib.

Hazırda ABŞ Qazaxıstan üçün əsas ticarət tərəfdaşı deyil, lakin hakimiyyət orqanları bunun dəyişəcəyinə ümid edir. Daha əvvəl ABŞ prezidenti Donald Tramp Konqo Demokratik Respublikası və Ruanda ilə nadir torpaq metallarının hasilatı ilə bağlı yeni müqavilələr elan etmişdi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək