Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman “Qarabağ” - “Nyukasl” oyununda hakim təyinatları
“Qarabağ” - “Nyukasl” oyununda hakim təyinatları
İdman

“Qarabağ” - “Nyukasl” oyununda hakim təyinatları açıqlandı

Xpress.az Redaksiyası 16.02.2026 13:53

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək ilk oyununun hakim təyinatları açıqlanıb.

Qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Espen Eskosa Yan-Erik Enqan və İsak Elias Başevnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Siqurd Krinqstad yerinə yetirəcək. VAR-da niderlandlı Rob Diperik, AVAR-da onun həmyerlisi Dennis Hiqler olacaq.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl" oyunu saat 21:45-də başlayacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək