Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiril...
Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək
Siyasət

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək

Xpress.az Redaksiyası 16.02.2026 22:25

Fevralın 26-da Gürcüstanın Kaxeti bölgəsinin Tsinandali kəndində VII Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək.

Tədbiri Gürcüstanın Ticarət və Sənaye Palatası, Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) birgə təşkil edəcək.

Forumda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ömər Bolatın iştirakı planlaşdırılıb.

Tədbir çərçivəsində hər üç ölkənin şirkətləri arasında B2B formatında görüşlər də təşkil olunacaq.

Qeyd edək ki, VI Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu 2021-ci ildə Bakıda baş tutub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək