Dünya
Ceff Bezos "Amazon" səhmlərini 350 milyon dollara satıb
Xpress.az Redaksiyası
07.08.2026 10:42
Amerikalı milyarder Ceff Bezos rəhbəri olduğu "Amazon" şirkətinin səhmlərinin qiyməti tarixi maksimuma yüksəldikdən sonra 350 milyon dollar dəyərində səhm paketini satıb.
"Vedomosti" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, avqustun 3-də "Amazon"un bazar kapitallaşması tarixdə ilk dəfə 3.08 trilyon dollara çatıb. Şirkətin səhmləri bir gün ərzində 5.27% bahalaşaraq hər səhm üzrə 285.9 dollar səviyyəsinə yüksəlib.