Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Paşinyan:
Paşinyan:
Siyasət

Paşinyan: Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir

Xpress.az Redaksiyası 23.09.2026 11:17

Ermənistan Türkiyə ilə sərhədin açılmasını səbirsizliklə gözləyir.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, hazırda Ermənistan TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetirir.

N. Paşinyan qeyd edib ki, layihənin reallaşdırılması nəticəsində Ermənistanın dəmir yolu əlaqələri genişlənəcək:

"Əvvəla, biz Azərbaycanla dəmir yolu əlaqəsi əldə edəcəyik. Ermənistanla Türkiyə arasındakı sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin yaradılmasını səbirsizliklə gözləyirik. Ümumilikdə bu, beynəlxalq logistikanı dəyişəcək, çünki beynəlxalq ictimaiyyət Şərqlə Qərb arasında yeni marşrut əldə edəcək".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək