Tərbiyə üzrə müavinlər əlavə ödənişlərdən niyə kənarda qalır?
Azərbaycanın ümumtəhsil məktəblərində rəhbər heyətin əməyinin qiymətləndirilməsi və stimullaşdırılması sistemində ciddi narazılıq və fərqli status bərabərsizliyi baş qaldırıb. Tədris işləri üzrə direktor müavinləri və digər rəhbər şəxslər üçün tətbiq edilən diferensial ödənişlər, maaş əlavələri və motivasiya mexanizmləri tərbiyə işləri üzrə direktor müavinlərinə şamil edilmir. Şagirdlərin mənəvi-psixoloji durumu, nizam-intizamı və təhlükəsizliyinə cavabdeh olan kadrların bu cür diqqətdən kənarda saxlanılması təhsil ictimaiyyətində böyük suallar doğurub.

Təhsil eksperti Əmrah Həsənli Xpress.az-a açıqlamasında məktəblərdə təlim-tərbiyə prosesinin idarə olunmasında mövcud olan bu diferensial yanaşma və motivasiya böhranına diqqət çəkib.
Ekspert bildirib ki, məktəbdə təlim-tərbiyə prosesi bir-biri ilə sıx bağlı olan iki əsas qoldan — tədris və tərbiyədən ibarətdir:
"Tərbiyə işləri üzrə direktor müavini məktəbdə şagirdlərin sosial-psixoloji mühitinin sağlamlaşdırılması, nizam-intizamın qorunması, zərərli vərdişlərin qarşısının alınması, milli-mənəvi dəyərlərin aşılanması, mənəvi-psixoloji dəstək və kütləvi tədbirlərin təşkili kimi strateji və gərgin bir sahəyə cavabdehdir. Yəni işin həcmi, məsuliyyət dərəcəsi və psixoloji yükü digər rəhbər vəzifələrdən heç də az deyil."
Ə.Həsənlinin sözlərinə görə, tədris işləri üzrə direktor müavinlərinə və ya digər rəhbər heyətə tətbiq edilən müəyyən əlavələrin, stimulverici ödənişlərin yaxud diferensial yanaşmaların tərbiyə işləri üzrə müavinlərə şamil olunmaması pedaqoji ədalət və motivasiya prinsipləri ilə uzlaşmır. Məktəb daxilində vəzifə idarəçiliyində bu cür fərqliliyin olması və ya fərqli status hissəsinin formalaşması tərbiyə işinin keyfiyyətinə, eləcə də bu vəzifəni daşıyan şəxslərin iş həvəsinə mənfi təsir göstərir.
Ekspert vurğulayıb ki, mövcud problemin aradan qaldırılması üçün təhsil siyasəti və normativ-hüquqi çərçivədə müvafiq addımların atılması, tərbiyə işləri üzrə müavinlərin də əməyinin stimullaşdırılması mexanizmlərinə daxil edilməsi vacibdir.
- MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!
Platformada qeydiyyatdan keçərək "ELM" promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə istənilən paket 20% endirim ilə təqdim olunur. Promokod: ELM
Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək. - www.sualcavab.com
WhatsApp: +994 10 526 82 79 - Instagram: onlayn_sualcavab