Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın...
Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib
Siyasət

Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib

Xpress.az Redaksiyası 23.09.2026 12:39

Görüşdə IEC standartlarına əlçatanlığın təmin edilməsi, tətbiqinin genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi məsələlərinə nəzər salınıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Beynəlxalq Elektrotexniki Komissiyanın (International Electrotechnical Commission - IEC) baş katibi və baş icraçı direktoru Filip Metzqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Agentlikdən Xpress.az-a bildirilib ki, görüş zamanı Agentliyin sədri Elnur Bağırov milli standartlaşdırma sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran hədəflər barədə məlumat verib. Eyni zamanda ölkəmizin IEC-ə assosiativ üzvlüyü çərçivəsində elektrotexniki standartlaşdırma fəaliyyətinin genişləndirilməsi, elektrik, elektron və əlaqəli texnologiyalar üzrə beynəlxalq standartlara inteqrasiyanın sürətləndirilməsinin əhəmiyyəti vurğulanıb. 
IEC-in baş katibi və baş icraçı direktoru Filip Metzqer öz növbəsində Azərbaycanla elektrotexnika, enerji, rəqəmsal texnologiyalar, süni intellekt və digər innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsi və yeni tərəfdaşlıqlara dair fikirlərini bölüşüb. 

Görüş keyfiyyət infrastrukturunun inkişafı, IEC standartlarının tətbiqi, qabaqcıl təcrübənin öyrənilməsi, standartlaşdırma üzrə müvafiq texniki komitələrdə iştirak imkanının, eləcə də beynəlxalq standartlaşdırma fəaliyyətində ölkəmizin rolunun artırılmasını nəzərdə tutan müzakirələrlə davam etdirilib. 

Qeyd: IEC 170-ə yaxın ölkəni əhatə edən geniş şəbəkə vasitəsilə 30 000-dən çox beynəlxalq eksperti bir araya gətirərək elektrotexnologiya sahəsi üzrə elektrik və elektron məhsullar, o cümlədən xidmətlərə dair uyğunluğun qiymətləndirilməsi sistemlərini idarə edən aparıcı qlobal təşkilatdır. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun nəzdində Milli Elektrotexniki Komitə təsis edilib. 2026-cı il 1 yanvar tarixindən isə Azərbaycan Respublikasının IEC-də assosiativ üzvlüyü təsdiq olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək