Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət "Yüksəliş"in qalibi sədr təyin olundu
"Yüksəliş"in qalibi sədr təyin olundu
Cəmiyyət

"Yüksəliş"in qalibi sədr təyin olundu

Xpress.az Redaksiyası 23.09.2026 13:29

Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin İdarə Heyətinin sədr vəzifəsinə təyinat olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, bundan sonra Mərkəzə Orxan Yusibov rəhbərlik edəcək.

Orxan Yusibov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə bakalavr, Böyük Britaniyanın Essex Universitetində isə maliyyə və iqtisadiyyat ixtisası üzrə magistr təhsili alıb.
O, daha əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də baş maliyyə inzibatçısı, Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyində direktor müavini vəzifələrində çalışıb.
Sonrakı dövrdə Orxan Yusibov “Azərsilah” Müdafiə Sənayesi Holdinqində baş icraçı direktorun müavini kimi fəaliyyət göstərib.
Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi müdafiə sənayesi sahəsində tədqiqat, innovasiya və yeni texnologiyaların tətbiqi istiqamətində fəaliyyət göstərən qurumdur.
Xatırladaq ki, Orxan Yusibov birinci "Yüksəliş" müsabiqəsinin qalibidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək