Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda bu rüsumlar
Azərbaycanda bu rüsumlar
Cəmiyyət

Azərbaycanda bu rüsumlar ARTIRILDI

Xpress.az Redaksiyası 23.09.2026 16:35

Daxili İşlər Nazirliyinin (DİN) balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği müəyyənləşib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Sənədə əsasən, nəqliyyat vasitəsinin təxliyə avtomobilləri ilə duracaqlara gətirilməsi üçün 30 manat haqq tutulacaq.

Bundan başqa, avtomobillərin duracaqlarda saxlanılması üçün onların kütləsindən asılı olaraq gündəlik ödəniş müəyyən edilib.

Belə ki, kütləsi 3.5 tona qədər olan nəqliyyat vasitəsinin duracaqda saxlanılması üçün gündə 2 manat, kütləsi 3.5 tondan 10 tona qədər olan nəqliyyat vasitəsi üçün gündə 3 manat, kütləsi 10 tondan yuxarı olan nəqliyyat vasitəsi üçün isə gündə 5 manat haqq ödəniləcək.

Qeyd edilib ki, qoşqulu nəqliyyat vasitəsinin duracaqda saxlanılmasına görə həmin nəqliyyat vasitəsi üçün müəyyən edilmiş haqqın 50 faizi miqdarında əlavə ödəniş hesablanacaq.

Həmçinin mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması üçün haqq onun duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq.

Qeyd edək ki, Tarif Şurasının 12 aprel 2006-cı il tarixli qərarına əsasən, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində fəaliyyət göstərən duracaqlara nəqliyyat vasitələrinin təxliyə avtomobilləri vasitəsilə gətirilməsi və orada mühafizə olunaraq saxlanılması xidmətlərinin aşağıda göstərilən tarifləri təsdiq edilib:

№-si

Xidmətlərin adı

Ölçü vahidi

Tariflər

(ƏDV ilə manatla)

1.

Nəqliyyat vasitələrinin təxliyyə avtomobilləri vasitəsilə duracaqlara gətirilməsi

1

ədəd/reys

20

2.

Nəqliyyat vasitələrinin duracaqlarda saxlanılması

2.1.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tona qədər olduqda (3,5 ton daxil olmaqla)

1 ədəd/gün

1

2.2.

Nəqliyyat vasitəsinin çəkisi 3,5 tondan 10 tona qədər olduqda (10 ton daxil olmaqla)

1 ədəd/gün

2

2.3.

Nəqliyyat vasitəsinin çəkisi 10 tondan yuxarı olduqda

1 ədəd/gün

3

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Həcc ziyarəti üçün sənəd qəbulu bu tarixdən başlayır

23.09.2026 17:15 Cəmiyyət

"BakuBus"dan Vüsal Aslanovun müavininə köməkçi transferi - FOTO

23.09.2026 16:57 Cəmiyyət

İşləyən valideynlər üçün distant dərs problemi necə həll olunur?

23.09.2026 16:15 Cəmiyyət

Elm adamlarından şok xəbərdarlıq: Hər gün etdiyimiz bu vərdiş ömrü 10 il qısaldır

23.09.2026 15:02 Cəmiyyət

Magistr diplomu maaşı 30 faizədək artıra bilər

23.09.2026 14:12 Təhsil

Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir -

23.09.2026 13:59 İqtisadiyyat

Azərbaycanda evdən işləməklə bağlı qərar verilə bilər –

23.09.2026 13:40 Cəmiyyət

"Yüksəliş"in qalibi sədr təyin olundu

23.09.2026 13:29 Cəmiyyət

Bakı-Sumqayıt yolunda dəhşətli qəza:

23.09.2026 13:11 Gündəm

İnarə İsmayılovanın plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu

23.09.2026 13:01 Gündəm

Agentlikdə Beynəlxalq Elektrotexniki Komissiyanın baş katibi ilə görüş keçirilib

23.09.2026 12:39 Siyasət

Prezidentin əfv etdiyi o iki şəxs...-

23.09.2026 12:31 Cəmiyyət

Gəncləri Azərbaycandan didərgin salan sistem -

23.09.2026 12:30 Ana səhifə

İsfəndiyar Axundov və oğlu kredit borcunu gecikdirib -

23.09.2026 11:56 Gündəm

Prezident əfv Sərəncamı imzaladı -

23.09.2026 11:30 Cəmiyyət

Paşinyan:

23.09.2026 11:17 Siyasət

ŞAD XƏBƏR:

23.09.2026 10:55 Cəmiyyət

Tərbiyə üzrə müavinlər əlavə ödənişlərdən niyə kənarda qalır?

23.09.2026 10:29 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək