Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Nazir Akın Gürlekdən İğdırda Mühüm Bəyanatlar:
Nazir Akın Gürlekdən İğdırda Mühüm Bəyanatlar:
Dünya

Nazir Akın Gürlekdən İğdırda Mühüm Bəyanatlar: “Sosial Media Qanununa Böyük Əhəmiyyət Veririk”

Xpress.az Redaksiyası 07.08.2026 15:06

Nazir Gürlek TİGAD-ın İğdır seminarında danışdı: “Türkiyə yeni bir aydınlığa oyanacaq”Türkiyə İnternet Jurnalistikası Dərnəyinin (TİGAD) İğdırda təşkil etdiyi 13-cü Rəqəmsal Media Seminarında iştirak edən Ədliyyə naziri Akın Gürlek: “Terrorsuz Türkiyə ilə bazar günü Türkiyə yeni bir aydınlığa oyanacaq”, — deyə bildirdi.


Xpress.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek Türkiyə İnternet Jurnalistikası Dərnəyinin (TİGAD) İğdırda keçirdiyi 13-cü Rəqəmsal Media Seminarında iştirak edib. 81 vilayətdən 150-yə yaxın jurnalistin iştirakı ilə İğdır Vilayət Mədəniyyət və Turizm İdarəsinin Konfrans Zalında baş tutan seminarın açılış proqramına Nazir Gürlek ilə yanaşı Vali Mustafa Fırat Taşolar da qatılıb.
Seminarda Ədliyyə naziri Akın Gürlek TİGAD sədri Okan Geçgel ilə söhbəti zamanı mühüm bəyanatlar verib. Gürlek çıxışına mətbuat mənsublarına təşəkkür edərək başlayıb: “Mətbuat əməkdaşı olan, gecə-gündüz demədən, iş vaxtı anlayışı gözləmədən zəhmət çəkən siz hörmətli, siz dəyərli mətbuat mənsubu qardaşlarımıza əməyiniz və zəhmətiniz üçün ayrı-ayrılıqda təşəkkür etmək istəyirəm. Seminarın xeyirlərə vəsilə olmasını arzulayıram”.
“SEMINARI ÇOX MÜHÜM HESAB EDİRƏM”
Məclisin gündəm maddəsinin “Terrorsuz Türkiyə” olduğunu xatırladan nazir Gürlek: “İnşallah, Terrorsuz Türkiyə ilə bazar günü yeni bir sabaha, yeni bir aydınlığa oyanacağıq. Oktyabr ayında da xüsusilə sosial media qanunumuz var. Burada mühüm tənzimləmələr gətiririk. Məəssüf ki, sosial meydada dezinformasiya, informasiya çirklənməsi var. Yəni bir xəbər, bir qavrayış üzərindən insanlar bir-birini ittiham edirlər, bir-birilərinin şəxsi həyatını ifşa edirlər, yalan xəbər yayırlar. Bu məsələdə mən bu seminarı çox mühüm hesab edirəm. TİGAD-ın fəaliyyətinin vacibliyini bir daha vurğulamaq istəyirəm”, — deyib.
SƏDR GEÇGEL TÜRKİYƏ JURNALİSTLƏR BİRLİYİNİN YARADILMASI ÜÇÜN NAZİRDƏN DƏSTƏK İSTƏDİ
TİGAD sədri Okan Geçgel nazir Gürlekə Türkiyə Jurnalistlər Birliyinin yaradılması üçün mühüm bir iş apardıqlarını bildirərək: “Türkiyə Jurnalistlər Birliyinin qanunla yaradılması üçün işə başlamışıq. Bununla bağlı Türkiyə Böyük Millət Məclisindəki bütün siyasi partiya qrupları ilə görüşəcəyik. İcazə versəniz, sizə də bununla bağlı bir qovluq təqdim edəcəyik. Əgər bu qanun qəbul olunarsa, jurnalistlər arasında bu qədər parçalanma, bu qədər dərnək, cəmiyyət olmayacaq. Türkiyə Vəkillər Kollegiyası, Həkimlər Birliyi məntiqində Türkiyə Jurnalistlər Birliyi yaradılacağı təqdirdə bütün medianı tək dam altında bir araya gətirərik və bu parçalanmadan da xilas olarıq. Buradan sizdən dəstək xahiş edirəm”, — deyə vurğulayıb.
“CARİ EHTİYACLARA ƏSASƏN BELƏ BİR QANUN ZƏRURƏTİ YARANDI”
Türkiyə İnternet Birliyinin yaradılmasına dəstək olacaqlarını ifadə edən nazir Gürlek: “Biz dəstəkçiyik. Deydiyiniz çox gözəl şeylərdir. Söylədiyiniz kimi, bunların mütləq tək dam altında toplanması lazımdır. Bu, daha əvvəl də düşünülməli idi, amma görünür, düşünülməyib. Cari ehtiyaclara əsasən belə bir qanun zərurəti yarandı. Bu barədə hazırladığınız qanun layihəsi varsa, biz də bu qanunun gündəmə gətirilməsi və ya parlamentin gündəliyinə daxil edilməsi üçün əlimizdən gələn hər növ dəstəyi verərik. Yaxud qanunun hazırlanmasında texniki dəstək istəyirsinizsə, qanunvericilik sahəsində təcrübəmiz güclüdür. Bütün nazirliklərin qanunvericilik bazasını biz hazırlayırıq, qanun layihələri üzərində biz işləyirik. Çox faydalı, xeyirli olar, Sədr bəy”, — ifadələrini işlədib.
“SOSİAL MEDİA QANUNUNA ƏHƏMİYYƏT VERİRİK”
Sosial Media qanununun vacibliyinə diqqət çəkən nazir Gürlek: “Prokurorlarımız sorğu göndərir ki, ‘Bu internet saytının məsul şəxsi kimdir?’. Cavab ala bilmirik. Nəyə görə? Çünki bir cavabdehi yoxdur. Vergi qeydiyyatı yoxdur. Baş redaktoru yoxdur. Daha doğrusu, heç nəyi — ünvanı, əlaqə nömrəsi, filialı yoxdur. Tamamilə oradan bir hesab açıb. Bunların mütləq bir qaydası olmalıdır. Az əvvəl sədrə də söz verdik. Bu barədə qanun dəyişikliyi edəcəksiniz, ya da yeni bir qanun hazırlayacaqsınız. Həmin işi çox əhəmiyyətli hesab edirik”, — şəklində danışıb.

Aysel İbrahimli

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək