Akın Gürlekdən Sərt Mesaj: “Türkiyə Artıq Köhnə Türkiyə Deyil!
Ədliyyə naziri Akın Gürlek Türkiyə İnternet Jurnalistikası Dərnəyi (TİGAD) təfərindən İğdırda təşkil olunan Rəqəmsal Media Seminarına qatılaraq jurnalistlərlə bir araya gəlib. Mətbuat nümayəndələrinin suallarını cavablandıran nazir Gürlek "Terrorsuz Türkiyə" prosesi, yeni hüquqi tənzimləmələr və Ədliyyə Nazirliyinin süni intellekt üzrə işləri, müəllifi məlum olmayan cinayətlər və cinayətə cəlb edilən uşaqlar barədə mühüm bəyanatlar verib.
Xpress.az xəbər verir ki, Türkiyə İnternet Jurnalistikası Dərnəyi (TİGAD) tərəfindən İğdırda keçirilən Rəqəmsal Media Seminarına qatılan Ədliyyə naziri Akın Gürlek seminarda jurnalistlərlə söhbət edərək vacib fikirlərini bölüşüb. Nazir Gürlek açıqlamasında: "Məclisimizin əsas gündəm maddəsi 'Terrorsuz Türkiyə'dir. İnşallah 'Terrorsuz Türkiyə' prosesini bazar günü Baş Məclisin müzakirəsinə çıxarırıq. Bazar günü Türkiyə, inşallah, yeni bir sabaha, yeni bir aydınlığa oyanacaq. Oktyabr ayında xüsusilə sosial media qanunumuz var. Burada mühüm tənzimləmələr gətiririk. Siz onsuz da bunları etmirsiniz, sizi kənarda tuturuq. Lakin sosial meidada, təəssüf ki, ciddi dezinformasiya və informasiya kirliliyi var. Bir xəbər və ya bir algı üzərindən insanlar bir-birini ittiham edir, şəxsi həyatlar hədəf alınır və yalan xəbərlər yayılır. Bu barədə mən bu seminara çox böyük əhəmiyyət verirəm. TİGAD-ın fəaliyyətinin vacib olduğunu bir daha vurğulamaq istəyirəm", — deyib.
"Terrorsuz Türkiyə" paketini hazırladıqlarını qeyd edən nazir Gürlek: "Burada xüsusilə jurnalist ustadlarımıza və böyüklərimizə çox mühüm vəzifələr düşür. Bu qanunun vətəndaşa doğru şəkildə izah olunması lazımdır. Əlbəttə, bizdən də soruşa bilərsiniz. Vətəndaşın fikri zaman-zaman qarışa bilir. Nəticədə hamınız fərqli coğrafiyalardan gəlirsiniz. Mən Nevşehirdən gəlirəm, siz Kayseridənsiniz. Hamımızın məmləkəti fərqlidir, amma vətəndaşlarımıza bu prosesi doğru anlatmalıyıq. Xüsusilə vətəndaşlarımızın zehnində yaranacaq sualları aradan qaldırmalıyıq. Mən sizdən bunu xahiş edirəm: 'Terrorsuz Türkiyə' həqiqətən çox böyük layihədir. Düşünün, 40 ildə terrorun Türkiyəyə maliyyə yükü 2,3 trilyon dollardır. Bu rəqəm kabinetdə də təqdimat olaraq paylaşıldı. Bu, bizim təsbit etdiyimiz rəqəmdir; əlbəttə, real maliyyə yükü daha çoxdur. Türkiyə, inşallah, aydınlığa oyanacaq. Hamılıqla ölkəyə sülh gələcək, hüzur gələcək, sabitlik gələcək. Bunların yanında qardaşlıq da gələcək. Bu, çox mühüm prosesdir. Sizlər çox dəyərli ustadlarsınız. Qələminiz güclüdür, sosial meidada təsiriniz və çatdığınız geniş kütlələr var. Bu səbəbdən 'Terrorsuz Türkiyə' prosesinin vətəndaşlara doğru çatdırılması məsələsində üzərinizə böyük vəzifə düşür. İnşallah, bu vəzifəni ən yaxşı şəkildə yerinə yetirərsiniz. Fəaliyyətə başlayanda bu qədər böyük ictimai maraq olacağını gözləmirdik. İlk olaraq Gülistan Doku dosyesindən başladıq. Gülistan Doku dosyesində dövlətin güclü iradəsi var idi. Digər tərəfdən də həyatını itirən gənc bir qızımız var idi. Burada ədalətin şəxsə, titula və ya məqama görə hərəkət etməsi tətbiq oluna bilməz. Əgər bir cinayət varsa, mütləq müqəssir ortaya çıxarılmalıdır. Xüsusilə Gülistan dosyesindən başladıq, daha sonra cəmiyyətdəki böyük marağı da gördük", — deyə bildirib.
İndiyə qədər yaradılan birimin köməyilə 29 müəllifi məlum olmayan cinayətin üstünü açdıqlarını deyən nazir Gürlek: "İğdırda da açılması gözlənilən bir hadisə var idi. İtkin xəbərdarlığı, cinayət və soyğun şübhəsi mövcud idi. Bizim üçün mühüm olan həqiqətin ortaya çıxarılmasıdır. kərpici çəkəndə divar uçacaq, ya uçmayacaq; bu mühüm deyil. Təki biz həqiqətə çataq. Bizi maraqlandıran tərəf budur. Türkiyə artıq köhnə Türkiyə deyil. Köhnə Türkiyədə şəxslər güclü idi. Bu gün isə dövlət güclüdür, qurumlar güclüdür. Ədalət şəxslərin tituluna, məqamına və ya dərəcəsinə baxmaz. Əgər ortada bir məsuliyyət varsa, dövlət sonuna qədər gedər. Mən bunu bütün mətbuat ictimaiyyətinə, komanda yoldaşlarıma və ədliyyədə çalışan yoldaşlarıma da deyirəm: 'Dosyenin üzünə baxmayın. Adı bizi maraqlandırmır. Əgər ortada bir cinayət varsa, dövlət bunu mütləq həll etməlidir.' Bu işin də sonuna qədər üzərinə gedin. Mən hər zaman deyirəm. Hətta 'Haraya qədər gedirsə-getsin' sözü də buradan yaranıb. Doğrudur. Kim olursa-olsun, ortada bir cinayət varsa, mütləq ortaya çıxarılmalıdır. Bu işlər cəmiyyətdə də müsbət rezonans doğurdu. Vətəndaşlarımızın ədalətə olan inamı gücləndi. Nəticədə 20, 25, hətta 30 il əvvəl törədilmiş bir cinayətdə vətəndaş artıq ümidini itirmiş olur. Bir də baxırsınız, dövlət o cinayəti işıqlandırır və hüquq qarşısında hesabını soruşur. Əlbəttə, burada nəzərdə tutduğumuz tamamilə hüquq çərçivəsində hesab soruşulmasıdır. Biz bu dosyelerin sonuna qədər üzərinə gedirik. İnşallah, bu büro fəaliyyətinə daha da güclü şəkildə davam edəcək", — şəklində danışıb.
Uğur Mumcu hadisəsi ilə bağlı qiymətləndirmə edən nazir Gürlek: "Gürdal xanım və oğlu ilə görüşdük. Başlanğıcda bəzi qərəzləri var idi. Lakin bizi dinlədikdən və səmimiyyətimizi gördükdən sonra onlar da ictimaiyyətə bəyanat verdilər. Burada bir cinayət varsa, qaranlıq qalan tərəfləri mütləq ortaya çıxarılacaq. Bir şəxs xaricə qaçmış ola bilər. Lakin dövlət 'Xaricə qaçdı' deyə bunun ardını buraxmaz. Biz qətiyyətlə mübarizəmizi davam etdiririk. Bu məqsədlə bir komanda qurduq. İnşallah, yoldaşlarımız vəzifələrinə eyni qətiyyətlə davam edəcəklər. Terrorun bitməsi yalnız hüzur, təhlükəsizlik və ictimai qayda baxımından mühüm deyil. Terror varsa, investor gəlməz, hüquq təhlükəsizliyi yaranmaz. Türkiyə bunları 40 il yaşadı. Terror təşkilatı bu bölgədə də təsirli oldu. Deputatımızla da, Valimizlə də görüşdük. İnsanlarımız artıq terrorun qəti olaraq bitməsini istəyir. Keçirilən sorğularda vətəndaşlarımızın 91 faizi 'Terrorsuz Türkiyə' prosesini dəstəklədiyini bildirir. Bunun üzərinə təxminən iki il əvvəl cənab Devlet Bahçelinin verdiyi bəyanatla proses başladı. Ardınca komissiya işləri aparıldı və ən sonda qanun tənzimləməsi hazırlandı. Qanun əslində kifayət qədər sadədir. Lakin vətəndaşlarımızın zehnində bəzi suallar var. 'Abdullah Öcalan azadlığa çıxacaq, yoxsa çıxmayacaq?' kimi suallar verilir. Mən bunu açıq ifadə etmək istəyirəm: 'Terrorsuz Türkiyə' qanun layihəsinin maddələrini hazırlayan, Məclisə töhfə verən şəxslər olaraq hər maddənin hansı məqsədlə tənzimləndiyini bilirik", — dedi.
"Terrorsuz Türkiyə" qanununun birinci maddəsinin qüvvəyə minmə maddəsi olduğunu, PKK/KCK silahlı terror təşkilatının bütün ünsürləri ilə birlikdə özünü ləğv etməsi və silahı yerə qoyması gərəkdiyini vurğulayan nazir Gürlek sözlərinə belə davam edib: "Təşkilatın tamamilə ləğv edildiyinin Milli Təhlükəsizlik Şurası tərəfindən təsbit və təsdiq olunmasından sonra qanun qüvvəyə minəcək. Yəni bu şərtlər gerçəkləşmədən qanun qüvvəyə minməyəcək. Əvvəlcə təşkilat tamamilə ləğv olunacaq, silahlarını yerə qoyacaq və sıradan çıxarılacaq. Ardınca Milli Təhlükəsizlik Şurası bunun baş tutduğuna qərar verəcək. Daha sonra da qanun Rəsmi Qəzetdə dərc olunaraq qüvvəyə minəcək. Əlbəttə, bu qanundan yararlana biləcək müəyyən kəsim var. Sayları ilə bağlı fərqli rəqəmlər səsləndirilir. Lakin burada mərhələli tənzimləmə etdik. Silahlı şəkildə adam öldürmə əməlinə qatılmış şəxslər, istər xaricdə olsun, istərsə də həbsxanada, qətiyyən bu tənzimləmədən yararlana bilməyəcək. Qanundan yararlana biləcək şəxslər isə qanunun ikinci maddəsində açıq göstərilib. Bunlar təbliğat cinayəti, təşkilat üzvlüyü və təşkilat qurma ilə idarəetmə cinayətlərindən məkum olmuş, lakin hər hansı qətl əməlində iştirak etməmiş şəxslərdir. Ölkə daxilində və ya xaricində olan bu şəxslər müəyyən edilmiş şərtlər çərçivəsində qanundan yararlana biləcək. Lakin bu da avtomatik olmayacaq."
Qanunun yeddinci maddəsi ilə bir şura yaratdıqlarını deyən nazir Gürlek: "Vitse-prezidentin sədrliyi ilə Ədliyyə naziri, Daxili İşlər naziri, Xarici İşlər naziri və Milli Təhlükəsizlik Şurasının Baş katibinin yer aldığı bu şura müraciətləri tək-tək qiymətləndirəcək. Bu şura müraciətlərin qəbul edilib-edilməyəcəyinə və bəzi hüquqların bərpa olunub-olunmayacağına qərar verəcək. Dolayısı ilə hər müraciətin qəbul edilməsi kimi bir hal söz mövzusu deyil. Şuranın mülahizə səlahiyyəti var. Bizim yekun hədəfimiz terrorun tamamilə bitməsidir. Əsas mühüm olan budur. Terror bitdikdə ölkəmiz qazanacaq. 'Terrorsuz Türkiyə' ölkənin aydın gələcəyi, sabahlara inamla baxa bilməsi, investisiyanın artması, məşğulluğun çoxalması və hüququn daha güclü işləməsi deməkdir. Əlbəttə, bu prosesdə fərqli fikir və müzakirələr olacaq. Lakin bizlərin və sizlərin bu prosesi vətəndaşlarımıza doğru izah etməsi böyük əhəmiyyət daşıyır. Bu məqsədlə Ədliyyə Nazirliyi olaraq vətəndaşlarımızın ən çox verdiyi suallara cavab verən, 50 sual və 50 cavabdan ibarət praktiki kitabça hazırladıq. Vətəndaş küçədə mənə də soruşur: 'Bu tənzimləmədən APO yararlanacaq?' Xeyr, yararlanmayacaq. 'Neçə il sonra bunlar gəlib Türkiyədə siyasət edə biləcək?' kimi suallar da verilir. Bu cür sualların hamısına aydınlaşdırıcı cavablar hazırladıq. Bu, yeni bir qanundur. İnşallah, Məclisdən də böyük razılıqla keçər. İndiyə qədər 360-dan çox deputatın dəstəyi var. Mən şəxsən Baş Məclisdə 400-dən çox səslə qəbul ediləcəyinə inanıram. Bu da həm Məclisimizin, həm də vətəndaşlarımızın bu qanunun qüvvəyə minməsi məsələsində nə qədər qərarlı olduğunu göstərir", — dedi.
İnternet mediasında mütləq məsul bir şəxsin tapılmalı olduğunu bildirən nazir Gürlek jurnalistlərin suallarını cavablandırarkən: "Bir xəbər saytının revizitləri (künyəsi) olmalıdır. Rekvizit var kimi görünsə də, çox vaxt saxta adlar işlədilir. Ən başda da dediyim kimi, sosial media qanunu çıxanda bu problemlərin böyük ölçüdə, təxminən 90 faiz nisbətində həll olunacağını düşünürük. Artıq sosial media hesabını işlədən şəxsin də, internet xəbər saytının də hüquqi mənada məsulu olacaq. Lakin hər cinayətdə prokurorluq birbaşa sosial media hesabının sahibini sorğu-sual etməyəcək. Biz bunu da tənzimlədik. Burada katalog cinayətlər əsas götürüləcək. Əgər bu cinayətlərin törədildiyinə dair qüvvətli şübhə varsa, prokurorluq və ya məhkəmə müvafiq platformaya məktub yazaraq 'Bu hesabın sahibi kimdir?' deyə soruşacaq. Beləliklə, hesabın həqiqi sahibi təsbit edilərək hüquqi məsuliyyəti ortaya çıxacaq. 5651 saylı Qanunda da yeni tənzimləmələr edilə bilər. Sizin qeyd etdiyiniz məsələlərlə mən də razılaşıram. Çünki təcrübədən gələn biri olaraq prokurorlarımızın yaşadığı çətinlikləri bilirəm. Prokuror məktub yazır, 'Bu internet saytının məsulu kimdir?' deyə soruşur, lakin cavab ala bilmir. Çünki ortada bir məsul yoxdur. Vergi qeydiyyatı yoxdur, baş redaktoru yoxdur, ünvanı yoxdur. Bir tərəf tapılmır. Mütləq bir əlaqə şəxsi olmalıdır. Az əvvəl Cənab Sədrə də bu barədə söz verdik. Sizlərin hazırlayacağı qanun dəyişikliyi və ya yeni qanun layihəsinə böyük əhəmiyyət veririk", — şəklində danışıb.
Ədliyyə Nazirliyi tərkibində İnformasiya Texnologiyaları Baş İdarəsi vasitəsilə süni intellekt infrastrukturu yaratdıqlarını deyən nazir Gürlek: "Xüsusilə bəzi qanun tətbiqlərində və hakimlərimizin süni intellektdən istifadə edə bilməsi istiqamətində işlər aparırıq. Hal-hazırda da müxtəlif tətbiqlərdən yararlanırıq. Sizin qeyd etdiyiniz kimi süni intellektdən istifadə edərək sosial media hesabı açılması və ya xəbər istehsalı məsələsində hazırda texniki mənada apardığımız xüsusi bir iş yoxdur. Lakin süni intellektlə bağlı yeni layihələrə başlamışıq. Xüsusilə vətəndaşlarımızın ədalətə əlçatanlığını asanlaşdırmaq və bənzər hadisələrdə verilmiş məhkəmə qərarlarına daha sürətli çatmağı təmin etmək məqsədilə süni intellekt dəstəkli tətbiqlər üzərində İnformasiya Texnologiyaları Baş İdarəmiz işlərini davam etdirir. Digər bir sualınız da bu idi: '15 il əvvəl üstü açılmayan bir cinayət bu gün açılırsa, o dövrdə vəzifəsini yerinə yetirməyən hüquq-mühafizə orqanları və ya təhlükəsizlik əməkdaşlarının məsuliyyəti yoxdur?' Burada buna diqqət etmək lazımdır: 15 il əvvəl üstü açılmayan cinayət bu gün niyə açılır? Əlbəttə, o günün texnoloji imkanları ilə bu günün imkanları eyni deyil. Bizim qurduğumuz birimin məqsədi yalnız bu dosyeler üzərində işləməkdir", — dedi.
Nazir Gürlek sözlərinə belə davam edib: "Yoldaşlarımız yalnız müəllifi məlum olmayan dosyelərə fokuslanır. İlkin istintaqı aparan prokurorlarımız arasında fəaliyyətə yeni başlamış, bir və ya iki illik prokurorlar da ola bilir. Bizim praktalamızda sübutların ilk 48 saat ərzində toplanması böyük əhəmiyyət kəsb edir. Polis və jandarma təşkilatımızla da bu məsələdə ortaq yanaşmamız var. Çünki 48 saatdan sonra toplanan sübutlar hər zaman eyni dərəcədə sağlam nəticə verməyə bilir. Bəzən hadisələrə fərqli baxış bucağından yenidən yaklaşmaq tələb olunur. O dövrdə dinlənilməyən bir şahid ola bilər. O tarixdə mobil operatorların stansiya məlumatları araşdırılmamış ola bilər. Bu gün isə inkişaf edən texnologiya sayəsində DNT uyğunlaşdırmaları aparıla bilir. Dolayısı ilə hər hadisədə mütləq bir qüsur axtarmaq doğru olmaya bilər. Lakin bunu açıq ifadə edim: əgər o tarixdə çalışan bir dövlət qulluqçusu vəzifəsini qərəzli şəkildə yerinə yetirməyibsə, bunun hesabı mütləq soruşular. Nitekim əvvəlki hadisədə də bunu gördük. Həbs olunanlar arasında polis əməkdaşları da var idi. Sağlamlıq arayışını sistemdən silən tibb əməkdaşı da var idi. Qərəzli davranış başqa şeydir, səhlənkarlıq isə başqa şeydir. Əlbəttə, səhlənkarlıqlar ola bilər. Prokurorlarımızın və hüquq-mühafizə orqanlarımızın böyük iş yükü səbəbindən bəzi nöqsanlar yaşanmış ola bilər. Lakin qərəz təsbit edildikdə bunun tələbi mütləq yerinə yetirilir. Amma 15 il sonra dosyeyə fərqli gözlə baxılması, yenidən masaya yatırılması, texniki komandaların araşdırma aparması və yeni texnologiyaların istifadə olunması ayrı mövzudur. Burada mühüm olan cinayətin üstünün açılması və müqəssirin hüquq qarşısında hesab verməsidir. Bizim istədiyimiz də budur. Əgər burada bəd niyyət varsa, əlbəttə, onunla bağlı da gərəkəni edirik."
Şəhid ailələri və qazilərin başımızın tacı olduğunu deyən Ədliyyə naziri Akın Gürlek: "Qətiyyən onları incidəcək bir tənzimləmə etmədik, etmərik. Mən buna əsla icazə verməm. Eyni həssaslığı Məclisdəki bütün yoldaşlarımız da daşıyır. Bu məsələdə güzəştə gedilməsi söz mövzusu deyil. Sizin soruşduğunuz digər məsələyə gəldikdə; elinə silah alıb dağa çıxan və ya təşkilat daxilində yer alan şəxslərlə bağlı qaydaları açıq şəkildə yazdıq. Adam öldürmə cinayətinə qatılanlar, təhrikçilər, ağırlaşdırılmış ömürlük azadlıqdan məhrum etmə cəzası alanlar, bu cinayətlərdən mühakimə olunanlar və ya məkum edilənlər qətiyyən bu qanundan yararlana bilməyəcək. Nümunə olaraq verdiyiniz Murat Karayılan da bu kapsamdan yararlana bilməyəcək. Çünki adam öldürmə cinayətinə təhriketmə əməli söz mövzusudur. Belə bir şəxsin bu tənzimləmədən yararlanması mümkün deyil. Ən son soruşduğunuz məsələ isə 'Ya terror tamamilə bitməzsə?' sualı idi. İnşallah, belə bir hal yaşanmaz. Bizim arzumuz terrorun tamamilə sona çatmasıdır. Zaten qanunun qüvvəyə minməsinin birinci şərti də budur. Təşkilatın ləğv olunması, mağaraların boşaldılması, silahların tamamilə təhvil verilməsi və təşkilatın bütünüylə sıradan çıxarılması lazımdır. Bu şərtlər gerçəkləşməzsə, qanun qüvvəyə minməyəcək. Bunu xüsusilə açıq şəkildə tənzimlədik. Bu barədə yanlış məlumatlandırılma aparılmamalıdır. Bir daha ifadə edirəm; adam öldürmə cinayətindən haqqında təhqiqat və ya istintaq olanlar, təhrikçilər, ömürlük və ya ağırlaşdırılmış ömürlük azadlıqdan məhrum etmə cəzası ilə mühakimə olunanlar və ya məkum edilənlər, fərari olanlar və ya dağ heyətində yer alanlar qətiyyən bu qanundan yararlana bilməyəcək", — dedi.
Jurnalistlərin çox çətin, lakin bir o qədər də müqəddəs vəzifə icra etdiklərini bildirən nazir Gürlek belə danışıb: "Hazırladığınız bir xəbərə görə bir təşkilatın və ya hər hansı şəxsin hədəfinə çevrilə bilərsiniz. Jurnalistlərlə bağlı ayrıca hüquqi tənzimləmə edilə bilər. Məsələn, həkimlərə yönəlik tənzimləməni etdik. Həkimə qarşı edilən fiziki hücumu birbaşa həbs səbəbi olaraq qanuna əlavə etdik. Sizlər də jurnalistlik vəzifənizi yerinə yetirərkən, məsələn, məhkəmədə xəbər izlədiyiniz sırada faktiki olaraq ictimai bir vəzifə icra edirsiniz. Sizə qarşı edilən hücumlar və təhdidlər məsələsində baş prokurorluqlarımızın gərəkən həssaslığı göstərdiyini düşünürəm. Lakin bunun ayrıca hüquqi zəmanət altına alınması gərəkərmi? Mən şəxsən bunun qiymətləndirilə biləcəyini düşünürəm. Çünki sizlər hazırladığınız xəbərlər səbəbindən birbaşa haqsız hədəf ola bilirsiniz. Xüsusilə təşkilatlar tərəfindən hədəf göstərilmə riski daşıyırsınız. Bu barədə gələcəkdə tənzimləmə edilə bilər. Lakin hazırda gündəmimizdə belə bir iş yoxdur. Yenə də jurnalist həmkarımız təhdid edildikdə və ya təşkilatlar tərəfindən hədəf göstərildikdə bütün baş prokurorlarımızın və prokurorlarımızın lazımi həssaslığı göstərdiyinə inanıram. Bununla yanaşı, bu sahədə yeni bir işin görülməli olduğunu da düşünürəm. Bir daha ifadə etmək istərdim ki, bu qanunda şəhidlərimizin və qazilərimizin həssaslığına xələl gətirəcək heç bir tənzimləmə yoxdur. Bu qanunun məqsədi budur: terror təşkilatı tamamilə ləğv edildikdən, silahı yerə qoyduqdan və məğlubiyyəti qəbul etdikdən sonra cəmiyyətdə qardaşlıq və barışıq mühitinin güclənməsini təmin etməkdir. Bununla bağlı əlbəttə təşkilatlarımızın və siyasi partiyaların da işləri olacaq. İkinci sualınızla bağlı isə mənə görə bu səlahiyyət RTÜK bünyəsində olmalıdır. RTÜK-ə bu barədə səlahiyyət verilməlidir. Necə ki Radio və Televiziya Üst Şurası televiziya yayımlarını denetləyir və araşdırırsa, bənzər şəkildə bu aləmi də araşdıra bilməlidir. Bunun bir maddə və ya qısa hüquqi istinadla həll olunacağını düşünürəm."
Məclis Baş Məclisində cinayətə cəlb edilən uşaqlarla bağlı 18 maddəlik qanun layihəsinin müzakirə olunduğunu ifadə edən nazir Gürlek: "Dünən bunun ilk üç maddəsi qəbul edildi. Geriyə 15 maddə qaldı. Bu tənzimləmə ilə bəzi cinayətlərdə verilən cəzalar artırılır. Biz də bu tənzimləməni dəstəkləyirik və mühüm hesab edirik. Çünki, təəssüf ki, cinayətkar təşkilatlar son dövrdə cinayətə cəlb edilən uşaqlardan istifadə etməyə başladı. Qanunla birlikdə 'cinayətə cəlb edilən uşaq' ifadəsi də dəyişdirilir və əvəzinə yeni hüquqi anlayış gətirilir. Xüsusilə 15-18 yaş qrupundakı uşaqların bəzi ağır cinayətlərdə aldıqları cəzaların artırılması nəzərdə tutulur. Bunun yanında ailələrə də mühüm məsuliyyətlər yüklənir. Bu mövzu həqiqətən çox vacibdir. Hamımızın övladı var. Təəssüf ki, Kahramanmaraşda yaşanan ağır hadisədə də gördük ki, ailə övladı ilə kifayət qədər maraqlanmamışdı. Bu qanunla birlikdə ailələrin qəyyumluq vəzifəsini yerinə yetirməmələri səbəbindən ortaya çıxan hallarda hüquqi və cəza məsuliyyətləri də tənzimlənir. Bunu da mühüm addım olaraq görürük. Qanun hazırda Məclis Baş Məclisində müzakirə olunur və biz də prosesi yaxından izləyirik", — dedi.
Nazir Gürlek sözlərini belə tamamlayıb: "Jurnalistlərin cəmiyyəti maarifləndirmək kimi çox mühüm vəzifəsi var. Lakin bu vəzifənin doğru məlumatla yerinə yetirilməsi lazımdır. Məncə, sizlər ictimai bir vəzifə icra edirsiniz. Keçmişdə elə bir mühit yarandı ki, bəzi şəxslər sosial media üzərindən 'Dövlət vəzifəsini eləmir, bu adam xilaskardır' şəklində algılar formalaşdırdılar. Mətbuatın həqiqətən çox böyük gücü var. Bir şəxsi cəmiyyət gözündə mənfi göstərmək istəsəniz, buna nail ola bilərsiniz. Eyni şəkildə müsbət göstərmək istəsəniz də ictimaiyyətdə fərqli algı yarada bilərsiniz. Biz bunu yaşadıq. Sosial mediada bəzi şəxslər elə bir şəkildə təqdim olundu ki, sanki dövlət heç nə etmir, bütün işləri o şəxs görür kimi bir algı yaradıldı. Hətta 'Türkiyənin təhlükəsizliyini təmin edən şəxs' kimi göstərilməyə çalışıldı. Lakin reallıqda vəziyyətin belə olmadığı ortaya çıxdı. Mənim burada demək istədiyim budur: Sizlər həqiqətən çox mühüm və müqəddəs vəzifə icra edirsiniz. Allah köməyiniz olsun."
Aysel İbrahimli