Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Bakıda Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma...
Bakıda Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
Siyasət

Bakıda Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub

Xpress.az Redaksiyası 27.02.2026 10:13

Bakıda Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan və Efiopiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verib.

Efiopiyanın Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçib.

Sonda rəsmi foto çəkdirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək