Siyasət
Azərbaycanın Dubayda yeni baş konsulu təyin olunub
Xpress.az Redaksiyası
27.02.2026 17:51
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunub.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla Kamran Vahid oğlu Məmmədzadə Dubay şəhərində Azərbaycanın baş konsulu təyin edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.