Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Müsahibə Tanınmış vəkil: İcraatımızda olan işlər barədə yal...
Tanınmış vəkil: İcraatımızda olan işlər barədə yalnız işdə deyil, evdə də davamlı düşünürük -
Müsahibə

Tanınmış vəkil: İcraatımızda olan işlər barədə yalnız işdə deyil, evdə də davamlı düşünürük - VİDEO

Xpress.az Redaksiyası 04.03.2026 19:09

“YouTube” platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı ictimaiyyətə təqdim olunub. Hüquqi maarifləndirmə istiqamətində ardıcıl fəaliyyət göstərən layihə bu dəfə də hüquq ictimaiyyəti üçün maraqlı və aktual mövzulara toxunaraq geniş auditoriyanın diqqətini cəlb edib.

Budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun təcrübəli vəkili Dilarə Əfrasiyabova olub.

Uzunillik peşə fəaliyyəti ilə seçilən Dilarə Əfrasiyabova müsahibə zamanı hüquqi praktikada qarşılaşdığı yaddaqalan və mürəkkəb işlərdən, vəkillik peşəsinin tələb etdiyi məsuliyyət və fədakarlıqdan, həmçinin cəmiyyət üçün daşıdığı mühüm missiyadan ətraflı danışıb. O, vəkilliyin yalnız hüquqi biliklərlə məhdudlaşmadığını, eyni zamanda insan talelərinə həssas yanaşma, etik prinsiplərə sadiqlik və yüksək peşəkar məsuliyyət tələb etdiyini vurğulayıb.

Veriliş boyu qonağa hüquq sahəsinə dair aktual məsələlər, vəkil peşəsinin əsas prinsipləri, müdafiə prosesində üzləşilən çətinliklər, hakim-vəkil münasibətlərinin etik çərçivəsi, peşəkar təcrübənin rolu və cəmiyyət qarşısında vəkillərin məsuliyyəti ilə bağlı suallar ünvanlanıb. Dilarə Əfrasiyabova vəkil üçün nəzəri biliklə praktiki təcrübənin qarşılıqlı vəhdət təşkil etdiyini bildirib, yaxşı vəkilin həm hüquqi savada, həm də güclü kommunikasiya və analitik düşünmə qabiliyyətinə malik olmasının vacibliyini qeyd edib.

O, həmçinin vəkilin ictimai imicinin formalaşdırılması, peşəkarlıq anlayışı, şəxslərin müdafiəsi, müştərilərlə münasibətlər və vəkilliyin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Təcrübəsində onu təəccübləndirən halların olduğunu qeyd edən vəkil hər bir işin fərqli yanaşma tələb etdiyini vurğulayıb.

Rəyasət Heyətinin üzvü 45 illik vəkillik fəaliyyəti ərzində peşəsinə hər zaman böyük məsuliyyətlə yanaşdığını qeyd edib. Onun sözlərinə görə, icraatında olan işlər barədə yalnız iş saatlarında deyil, evdə də davamlı düşünür, hər bir detalı nəzərdən keçirir və ən düzgün hüquqi mövqeni müəyyən etməyə çalışır.

Qeyd edək ki, Dilarə Əfrasiyabova 1981-ci ildən vəkillik fəaliyyəti ilə məşğuldur və uzun illər ərzində formalaşdırdığı zəngin təcrübə ilə hüquq ictimaiyyətində nüfuz qazanıb.

Xpress.az

image-img-20260304-wa0555 image-img-20260304-wa0554 image-img-20260304-wa0553

https://www.youtube.com/watch?v=YjMk3hAqqcw

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Dəclə Universitetində anti-Azərbaycan təxribatı: Rektor Kamuran Eronatın icazə verdiyi

04.11.2026 20:06 Gündəm

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

04.11.2026 18:55 Siyasət

Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib

04.11.2026 18:20 Gündəm

İlham Əliyevin "AIREX 2026" sərgisi ilə tanışlığına dair

04.11.2026 17:58 Siyasət

Rusiya Ermənistana qarşı hərəkətə keçir

04.11.2026 17:47 Dünya

Dövlət bankı NİYƏ borc axtarır?

04.11.2026 16:55 İqtisadiyyat

Dövlət Baxçalının baş müşaviri Azərbaycanın zəfərinə mahnı həsr edib -

04.11.2026 16:49 Gündəm

"Kristal Bakı" I yarımildə 2 milyon manat xalis mənfəət əldə edib

04.11.2026 15:50 Cəmiyyət

Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu

04.11.2026 15:47 Hadisə

Xamenei: Hücum təkrarlansa, cavabımız daha geniş ölçüdə olacaq

04.11.2026 15:23 Dünya

Kamışevaxada ölnlərin sayı 37-yə çatıb

04.11.2026 15:16 Dünya

Avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq

04.11.2026 14:29 Cəmiyyət

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum ola bilər

04.11.2026 14:18 Dünya

“Qarabağ”ın futbolçusu ilk dəfə Ukrayna millisində

04.11.2026 13:49 İdman

Boşanma mübahisəsindən istifadə edərək mənzili və avtomobili ələ keçirdi

04.11.2026 13:28 Cəmiyyət

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək