Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Prezident İlham Əliyev Edi Ramaya təşəkkür etdi
Prezident İlham Əliyev Edi Ramaya təşəkkür etdi
Siyasət

Prezident İlham Əliyev Edi Ramaya təşəkkür etdi

Xpress.az Redaksiyası 06.03.2026 19:08

Prezident İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramaya İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

Bu barədə Prezidentin "X" hesabında paylaşım edilib.

"Mən Albaniyanın Baş naziri Edi Ramaya İran dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumlarından sonra Azərbaycana göstərilən sarsılmaz dəstəyə görə ən dərin minnətdarlığımı bildirmək istərdim. Xalqımız nümayiş etdirdiyiniz qəti mövqeyi, həmrəyliyi və birliyi yüksək qiymətləndirir", - deyə paylaşımda vurğulanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək