Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət İran-Azərbaycan sərhədində yük avtomobillərinin bu...
İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına
Siyasət

İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı

Xpress.az Redaksiyası 06.03.2026 19:44

Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılması səbəbi ilə hər iki ölkəyə məxsus yük avtomobillərinin geri qayıtması üçün qərar qəbul edilib.

Nazirlər Kabinetindən verilən məlumata görə, hazırda İrandan Azərbaycana qayıdan Azərbaycan Respublikasına məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan İran İslam Respublikasına məxsus yük avtomobillərinin Astara, Biləsuvar və Culfa dövlət sərhədi buraxılış məntəqələrindən buraxılışına başlanılıb.

Xatırladaq ki, martın 5-də İranın Naxçıvana dron hücumundan sonra Azərbaycanın Nazirlər Kabineti mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd-keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin (o cümlədən tranzit məqsədilə yük avtomobillərinin hərəkətinin) müvəqqəti olaraq tam dayandırılması barədə qərar qəbul edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək