Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə İranda qonşu ölkələrə raket və dron atan KİMLƏRDİR...
İranda qonşu ölkələrə raket və dron atan KİMLƏRDİR? -
Ana səhifə

İranda qonşu ölkələrə raket və dron atan KİMLƏRDİR? - FOTO + VİDEO

Xpress.az Redaksiyası 07.03.2026 10:30

"SEPAH generalları İranda faktiki hakimiyyəti ələ keçiriblər. Ali dini lider öldürülüb, yeni lider seçilməyib, Prezident Məsud Pezeşkianın isə səlahiyyəti yoxdur. Müharibəni aparanlar və qonşu ölkələri raket və dron atəşinə tutan SEPAH generallarıdır".

Xpress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, strateji düşünə bilməyən bu generallar İranı daha ağır təlatümlərə sürükləyirlər.: "Misal üçün İranın Azərbaycan ərazisinə dron zərbəsi yalnız iki ölkə arasındakı münasibətləri gərginləşdirmədi, İranın böyük ümid bəslədiyi Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti qeyri-müəyyən dövrə qədər dayandırıldı, idxal-ixrac əməliyyatları dondurulub. Və ya İran günlərdir Birləşmiş Ərəb Əmirliklərinə zərbələr endirir. Birləşmiş Ərəb Əmirlikləri buna cavab olaraq İranın milyardlarla dollarlıq aktivlərini dondurmağa qərar verib. Məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərini hədəf seçən İslam Keşikçiləri Korpusunun bu ölkədəki banklarda müxtəlif hesabları var. İslam Keşikçiləri Korpusu bu hesablar vasitəsilə Qərbin sanksiyalarından yayınır və pul kütləsini gizlətməyə çalışırdı. Yəni İrandakı radikal güclər oturduqları budaqları kəsirlər".

E.Şahinoğlunun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkian azərbaycanlı həmkarı İlham Əliyevə zəng etmək əvəzinə, dünən rusiyalı həmkarı Vladimir Putinə zəng edərək ölkəsinin Azərbaycana dron hücumu həyata keçirmədiyini bildirib: "O, bu hadisəni “düşmənlərin əməli” kimi qiymətləndirib. Demək, Məsud Pezeşkian Naxçıvana dron hücumuyla bağlı üzr istəmək və məsələni araşdırmaq əvəzinə, təkzib yolunu seçib. İran Prezidentinin “düşmənlərin əməlidir” iddiasının arxasında isə dron hücumunun ABŞ və ya İsrailin dayandığına işarə edilib. Bu məntiqə görə, ABŞ və ya İsrail İran ərazisindən Naxçıvana dron hücumu həyata keçirib".

Politoloq vurğulayıb ki, İran rəsmilərinin məniqinə görə, ABŞ və İsrail bu hücumları təşkil etməklə Azərbaycanla İran arasında münasibətləri korlamaq istəyib: "Pezeşkian və onun kimi düşünənlərin bir başqa məntiqinə görə, ABŞ və İsrail İran üzərindən Azərbaycan ərazisinə ona görə dron hücumu həyata keçiriblər ki, iki ölkə arasındakı münasibətləri gərginləşdirsinlər. Elə bil bu illərdə Azərbaycana qarşı təxribatları həyata keçirənlər İranın güc strukturları olmayıb. Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat tədbirləri nəticəsində SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb. Bunun da arxasında ABŞ və İsrail dayanır?"

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək