Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Pezeşkianın telefon zənginin PƏRDƏARXASI:
Pezeşkianın telefon zənginin PƏRDƏARXASI:
Ana səhifə

Pezeşkianın telefon zənginin PƏRDƏARXASI: Təxribatlar davam edərsə...- FOTO

Xpress.az Redaksiyası 09.03.2026 12:17

“İran Prezidenti Məsud Pezeşkianın azərbaycanlı həmkarı İlham Əliyevə telefon zəngini müsbət qiymətləndirirəm. Kaş ki, bu zəng məlum hadisədən dərhal sonra edilərdi. Bütün hallarda Məsud Pezeşkianın telefon zəngi zamanı Azərbaycan Prezidentinin İranın dini lideri Əli Xameneinin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirməsi əhəmiyyətlidir”.

Xpress.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Məsud Pezeşkianın Naxçıvanın dron atəşinə tutulması ilə bağlı insidentin hadisənin araşdırılacağını vurğulaması da vacibdir: “Doğrudur, İran Prezidenti yenə əvvəlki fikrini təkrarlayaraq insidentin İranla əlaqəsi olmadığını iddia edib. Önəmli olan Pezeşkianın məsələni araşdıracağını vəd etməsidir. Öz növbəsində telefon danışığı zamanı İlham Əliyevin İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığı verməsi ölkəmizin qonşuda müharibənin əleyhinə olduğunun göstəricisidir”.

E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan heç bir qonşu ölkə ilə gərginlik istəmir, əksinə ortaq layihələrin və qarşılıqlı əməkdaşlığın tərəfdarıyıq: “Təsadüfi deyil ki, telefon söhbətindən dərhal sonra Azərbaycan və İran arasında bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması bərpa olunub. Önəmli olan olan İrandakı bütün qüvvələrin Prezident Məsud Pezeşkianın Azərbaycanla tərəfdaş münasibətlərə çalışmasına əngəl olmamalarıdır. Təəssüf ki, həmin qüvvələr Prezidentə tabe deyillər. Ancaq onlar anlamalıdırlar ki, ölkəmiz əleyhinə təxribatlarını davam etdirsələr, həm Prezidentlərini pis vəziyyətdə qoyacaqlar, həm də Azərbaycanla bütün körpüləri yandıracaqlar. Bunun hansı mənfi nəticələrə gətirəcəyini anlamaları lazımdır”.

Ərturan İSMAYIL

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək