Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Paşinyan İlham Əliyevə
Paşinyan İlham Əliyevə
Siyasət

Paşinyan İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Xpress.az Redaksiyası 11.03.2026 17:17

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycan vasitəsilə dəmir yolu yükdaşımalarının bərpasına görə minnətdarlığını ifadə edib.

O, bu barədə martın 11-də Avropa Parlamentində çıxışı zamanı bəyan edib.

Paşinyanın sözlərinə görə, müstəqilliyin əldə edilməsindən bəri ilk dəfə 2025-ci ilin noyabrında yük qatarı tranzitlə Azərbaycan və Gürcüstandan keçərək Ermənistana çatıb:

"Təkrar edirəm, bu, 1991-ci ildən bəri ilk dəfə baş verib. Bu, 2025-ci ilin oktyabrında Azərbaycan Prezidentinin Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldıracağını elan etməsindən sonra baş verib. Azərbaycan Prezidentinə belə bir qərara görə minnətdaram".

O əlavə edib ki, Ermənistan da öz növbəsində Azərbaycandan Türkiyəyə və əks istiqamətdə yüklərin tranzitini təmin etməyə hazır olduğunu elan edib:

"Bunu biz mövcud yol şəbəkəmiz vasitəsilə edə bilərik".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək