Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman İran DÇ matçlarını Meksikada
İran DÇ matçlarını Meksikada
İdman

İran DÇ matçlarını Meksikada oynamaq istəyir

Xpress.az Redaksiyası 17.03.2026 21:58

İran 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarını Meksikada oynamaq istəyir.

bununla bağlı FİFA ilə danışıqlar aparıldığı açıqlanıb.

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac, “Tramp İran milli komandasının təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini açıq şəkildə ifadə etdiyinə görə, biz qətiyyən ABŞ-yə getməyəcəyik. Hazırda İranın Meksikada oynaması üçün FİFA ilə danışıqlar aparırıq”, - deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İran milli komandasının 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakının təhlükəsiz olmayacağını xəbərdar etmişdi.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın təşkil etdiyi 23-cü Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək