Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Gəncədə pedaqoji kollektivlə görüş keçirilib -
Gəncədə pedaqoji kollektivlə görüş keçirilib -
Ana səhifə

Gəncədə pedaqoji kollektivlə görüş keçirilib - FOTO

Xpress.az Redaksiyası 02.04.2026 21:32

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Gəncə şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

Xpress.az xəbər verir ki, məktəbdə yaradılmış mövcud şəraitlə yaxından tanış olan idarə müdiri sinif otaqlarına baxış keçirib, tədris prosesini izləyib və dərslərdə iştirak edib. O, şagirdlərin bilik və bacarıqlarının inkişafı, dərs mühitinin təşkili, müəllimlərin tətbiq etdiyi müasir tədris metodları ilə maraqlanıb. Elçin Kərimov şagirdlərlə səmimi söhbət apararaq onların təhsilə münasibəti, gələcək hədəfləri və maraq dairələri haqqında fikirlərini dinləyib.

Görüş çərçivəsində məktəbin pedaqoji kollektivi ilə də görüş keçirilib. Məktəbin direktoru Xumar Qurbanova təhsil müəssisəsinin fəaliyyət göstərdiyi müddət ərzində əldə etdiyi uğurlar, şagirdlərin müxtəlif müsabiqə və olimpiadalarda qazandığı nailiyyətlər, həmçinin məktəbdə tətbiq olunan innovativ və müasir tədris yanaşmaları barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, STEAM dərsləri “İcma əsaslı məktəbəqədər təhsil” və “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu Gəncə şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində hazırda 1183 nəfər şagird təhsil alır.

Sonda Elçin Kərimov tədrisin daha da təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin artırılması istiqamətində qarşıda duran əsas hədəf və prioritetlərdən danışıb. O, müəllimlərlə fikir mübadiləsi aparıb, onların təklif və tövsiyələrini dinləyib. Elçin Kərimov təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu cür görüşlərin digər təhsil müəssisələrində də davam etdiriləcəyini vurğulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək