İdman
Bu gün Çempionlar Liqasında hansı oyunlar var?
Xpress.az Redaksiyası
07.04.2026 11:10
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarına start verilir.
Bu gecə iki oyun baş tutacaq.
Gecənin mərkəzi qarşılaşması "Real Madrid" və "Bavariya" komandaları arasında olacaq. Digər görüşdə "Sportinq" evdə "Arsenal" qarşısında çətin sınağa çıxacaq.
Hər iki oyun saat 23:00-da start götürür.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
7 aprel
"Real Madrid" (İspaniya) - "Bavariya" (Almaniya)
"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)