Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Turizm sahəsində Azərbaycan-Belarus əlaqələri gücl...
Turizm sahəsində Azərbaycan-Belarus əlaqələri gücləndirilir -
Ana səhifə

Turizm sahəsində Azərbaycan-Belarus əlaqələri gücləndirilir - FOTO

Xpress.az Redaksiyası 09.04.2026 17:21

Azərbaycan 7-9 aprel tarixlərində Belarusun Minsk şəhərində keçirilən “Travel HUB Commonwealth” beynəlxalq turizm forumunda təmsil olunub.

Xpress.az xəbər verir ki, Forum Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən olan turizm qurumlarını, sənaye üzvlərini və ekspertləri bir araya gətirərək regional turizmin inkişafına təsir edən əsas meyllər və imkanların müzakirəsi üçün platforma rolunu oynayıb.

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə və ATB-nin Rusiya Federasiyasındakı rəsmi nümayəndəliyinin direktoru Cəlal İsmayılovun iştirakı ilə qastro və aqroturizm, eləcə də aktiv və ekoloji turizm mövzularına həsr olunmuş panel müzakirələrinə qatılıb. Bu çərçivədə “Qastronomik brendlər turizm məkanının tanıtım aləti kimi”, “Aqroturizm” və “Aktiv və ekoloji turizm” mövzularında dəyirmi masalar təşkil edilib.

Müzakirələr zamanı ölkəmizin turizm potensialı nümayiş etdirilərək ilboyu cəlbedici turizm istiqaməti kimi artan populyarlığı vurğulanıb. Təqdimatlarda ölkənin zəngin kulinariya irsi, aqroturizm imkanları və təbiət əsaslı səyahət təcrübələri ön plana çıxarılıb. Xüsusilə regional qastronomiya, şərab marşrutları və dağlıq ərazilərdə açıq hava fəaliyyətləri diqqət mərkəzində olub.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Milli Turizm Agentliyinin rəhbəri Kirill Maşarski ilə görüş keçirib. Görüşdə Dövlət Turizm Agentliyi ilə Belarus Milli Turizm Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı turist axınının artırılması və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətləri müzakirə olunub.

Tədbir çərçivəsində, həmçinin Belarusun aparıcı turoperatorları ilə görüşlər keçirilib, iki ölkə arasında turizm mübadiləsinin inkişaf etdirilməsi və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək