Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Dövlət Komitəsi: Qədirov qardaşlarının İDDİALARI Ə...
Dövlət Komitəsi: Qədirov qardaşlarının İDDİALARI ƏSASSIZDIR -
Ana səhifə

Dövlət Komitəsi: Qədirov qardaşlarının İDDİALARI ƏSASSIZDIR - ZƏRURİ HÜQUQİ TƏDBİRLƏR GÖRÜLƏCƏK

Xpress.az Redaksiyası 10.04.2026 17:25

“Şahin və Vüqar Qədirovlar Laçın rayonunun Arduşlu kəndindən olan keçmiş məcburi köçkünlərdir. Hesab edirik ki, onların ittihamları əsassızdır, komitənin fəaliyyətinə və nüfuzuna ciddi xələl gətirir, bu dövlət qurumunun vəzifəli şəxslərini cəmiyyətdə hörmətdən salmaq, onlara inamsızlıq yaratmaq cəhdidir. Təəssüf ki, sosial şəbəkələrdə paylaşılan belə məlumatlar əsassız və qərəzli mövqeyi olan bəzi vətəndaşlar tərəfindən də bəyənilir, digər istifadəçilərdə də yanlış rəy yaradır”.

Xpress.az xəbər verir ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.

Son günlər Şahin və Vüqar Qədirov qardaşlarının sosial şəbəkələrdə Dövlət Komitəsi və qurumun vəzifəli şəxsləri haqqında səsləndirdiyi müxtəlif ittihamlara cavab olaraq, qeyd edilib ki, Şahin Qədirovun irəli sürdüyü tələblər mövcud qanunvericiliyə uyğun gəlmədiyi üçün təmin olunmayıb: “Bu səbəbdən o və qardaşı Vüqar Qədirov sosial şəbəkələrdə qurum və vəzifəli şəxslər barədə qərəzli paylaşımlar ediblər. Şahin və Vüqar Qədirovların iddiaları və tələbləri ilə bağlı Komitədə müvafiq qaydada araşdırma aparılıb və onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir”.

V.Qədirovun bəhs etdiyi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə Dünya Bankı arasında həyata keçirilmiş layihələrə gəlincə, bildirilib ki, sözügedən icma inkişafı layihələri 2017-ci ildə başa çatdırılıb və bu barədə ictimaiyyətdə açıq məlumatlar mövcuddur: “Vüqar Qədirov da, çox güman ki, bu barədə məlumatlıdır. Yeri gəlmişkən qeyd edim ki, onun təsis etdiyi qeyri-hökumət təşkilatlarından birinin ofisi hazırda Komitənin balansında olan binada fəaliyyət göstərir. Ümumiyyətlə, Şahin və Vüqar Qədirovların komitənin fəaliyyətinə dair qərəzli paylaşımları ilə əlaqədar zəruri hüquqi tədbirlər görüləcək”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:22 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək