Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Ekitike 1 il oynamaya bilər
Ekitike 1 il oynamaya bilər
İdman

Ekitike 1 il oynamaya bilər

Xpress.az Redaksiyası 15.04.2026 12:34

"Liverpul"un hücumçusu Uqo Ekitiike Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyununun ilk hissəsində zədələnib.

Xpress.az İdman.Biz-ə istinadən bildirir ki, fransalı futbolçu özü ayağa qalxa bilməyib və meydanı xərəkdə tərk edib.

Ekitike Axilles vətərini qoparmış ola bilər və doqquz aydan bir ilə qədər oynamaya bilər.

Bu barədə idman zədələri üzrə mütəxəssis Əbdül Salam Əl-Şəmmari məlumat verib.

30-cu dəqiqədə Ekitikeni Məhəmməd Salah əvəzləyib.

Oyunçunun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək