Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Azərbaycanda kommunal qiymətləri
Azərbaycanda kommunal qiymətləri
Cəmiyyət

Azərbaycanda kommunal qiymətləri BAHALAŞIR?

Xpress.az Redaksiyası 15.04.2026 14:31

Dünyada enerji böhranları, geosiyasi gərginliklər və inflyasiya dalğası bir çox ölkədə kommunal xidmətlərin qiymətlərinin artmasına səbəb olub. Xüsusilə, qaz, elektrik və su tariflərində müşahidə olunan bahalaşma əhalinin sosial rifahına birbaşa təsir göstərir.

Bəs qlobal tendensiyalar fonunda Azərbaycanda da kommunal xidmətlərin qiymətlərinin artması mümkündürmü?

Xpress.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycanda kommunal xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir və bu sahədə qərarlar inzibati qaydada qəbul olunduğunu bildirib.

Onun sözlərinə görə, dünyada baş verən proseslərin ölkədaxili tariflərə birbaşa təsiri mümkün deyil.

"Enerji qiymətlərinin artması dünya üçün problem olsa da, Azərbaycana əksinə üstünlükdür. Çünki ölkə enerji ixracatçısıdır və neft-qaz satışından əlavə valyuta gəlirləri əldə edir. Bu baxımdan, qlobal qiymət artımlarını əsas gətirərək ölkə daxilində kommunal tariflərin bahalaşdırılması doğru yanaşma deyil".

Natiq Cəfərli hesab edir ki, mövcud şəraitdə Azərbaycanda kommunal xidmətlərin qiymətlərinin artırılması üçün iqtisadi zərurət yoxdur:

"Bu, inzibati qərardır və istənilən vaxt belə sərəncam verilə bilər. Amma hazırda enerji qiymətlərinin artması fonunda ölkə daxilində tariflərin yüksəldilməsi üçün əsas görünmür".

Beləliklə, qlobal enerji bazarlarında baş verən bahalaşmalar bir çox ölkələr üçün qaçılmaz nəticələr doğursa da, Azərbaycanın enerji ixracatçısı mövqeyi bu təsirləri minimuma endirir. Lakin son qərarın inzibati xarakter daşıması qiymətlərin gələcək taleyini yenə də açıq sual olaraq saxlayır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək