Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Azərbaycanda qadın sahibkarlar ən çox hansı bölgəd...
Azərbaycanda qadın sahibkarlar ən çox hansı bölgədədir?
İqtisadiyyat

Azərbaycanda qadın sahibkarlar ən çox hansı bölgədədir?

Xpress.az Redaksiyası 16.04.2026 14:34

Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, iqtisadi rayonlar üzrə fərdi sahibkarların cins bölgüsündə kişilər üstünlük təşkil edib.

Xpress.az xəbər verir ki, ölkə üzrə 1 milyon 121 min 934 kişi, 350 min 564 qadın fərdi sahibkar qeydə alınıb. Xatırladaq ki, ötən ilin eyni dövründə bu göstərici kişilər üzrə 1 milyon 75 min 730, qadınlar üzrə isə 328 min 276 nəfər olub. Beləliklə, illik müqayisədə kişi sahibkarların sayı 46 min 204 nəfər və ya 4,3%, qadın sahibkarların sayı isə 22 min 288 nəfər və ya 6,8% artıb.

Cari ilin ilk 3 ayına görə, ən çox kişi və qadın sahibkar Bakı şəhərində cəmləşib - paytaxtda 283 min 323 kişi və 98 min 434 qadın fərdi sahibkar fəaliyyət göstərir.

Bakıdan sonra kişi sahibkarların sayına görə Lənkəran-Astara iqtisadi rayonu (115 min 953 nəfər), Qazax-Tovuz iqtisadi rayonu (82 min 916 nəfər) və Mərkəzi Aran iqtisadi rayonu (81 min 265 nəfər) ön sıralarda yer alıb.

Qadın sahibkarların sayına görə isə Bakıdan sonra Lənkəran-Astara iqtisadi rayonu (34 min 888 nəfər), Qazax-Tovuz iqtisadi rayonu (33 min 542 nəfər) və Mərkəzi Aran iqtisadi rayonu (24 min 675 nəfər) seçilib.

Ən az fərdi sahibkar isə Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Burada 6 min 30 kişi və 1 998 qadın sahibkar fəaliyyət göstərir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək