Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Antalyada Azərbaycan və Şimali Kipr prezidentlərin...
Antalyada Azərbaycan və Şimali Kipr prezidentlərinin görüşü olub
Siyasət

Antalyada Azərbaycan və Şimali Kipr prezidentlərinin görüşü olub

Xpress.az Redaksiyası 17.04.2026 11:28

Aprelin 17-də Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprin Prezidenti Tufan Erhürmanla görüşü olub.

Bu barədə Xpress.az-ın Antalyaya ezam olunan əməkdaşı xəbər verir.

Dövlətimizin başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırdı.

Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunuldu.

Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür etdi.

Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğuladı.

Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edildi.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək