Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Bayraktar: Mövcud müharibələr Türkiyədə də iqtisad...
Bayraktar: Mövcud müharibələr Türkiyədə də iqtisadi böhrana səbəb olub
Siyasət

Bayraktar: Mövcud müharibələr Türkiyədə də iqtisadi böhrana səbəb olub

Xpress.az Redaksiyası 17.04.2026 11:56

Mövcud müharibələr bütün dünyada olduğu kimi, Türkiyədə də iqtisadi böhrana səbəb olub.

Xpress.az-ın Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Antalya Forumunda "Qlobal Enerji Xəritəsinin yenidən tərtib edilməsi: Təhlükəsizlik və Qeyri-müəyyənlik" adlı paneldə Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, Türkiyə uzun illər iqtisadi böhran yaşayıb və buna ölkə olaraq dözümlüdür.

"Böhranlar bizdə müqavimət və güvənliliyi yaradıb. Türkiyədə 25 ildə enerji qiymətləri çox dəyişib. Biz öz iqtisadiyyatımızı daha da gücləndirdik, energetika sahəsində irələyişlər əldə etdik. Burada qonşu Azərbaycan və digər qonşu ölkələrlə birgə lahiyələrdə həyata keçirildi. Hazırda Türkiyədə energetika sahəsində çox inkişaf edib", - nazir qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək