Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Nazir azad edilmiş ərazilərdə yeni hərbi obyektlər...
Nazir azad edilmiş ərazilərdə yeni hərbi obyektlərlə tanış oldu
Siyasət

Nazir azad edilmiş ərazilərdə yeni hərbi obyektlərlə tanış oldu

Xpress.az Redaksiyası 17.04.2026 12:31

Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir olunan və yeni inşa olunan təlim mərkəzi və hərbi hissələrdə görülən işlərlə tanış olub.

Bu barədə Xpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.

Nazirliyin rəhbər heyəti təmir-tikinti işlərinin yüksək keyfiyyətlə və plana uyğun müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək