Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Cevdet Yılmaz: II Dünya Müharibəsindən sonra forma...
Cevdet Yılmaz: II Dünya Müharibəsindən sonra formalaşmış qlobal nizam geri qayıdır
Siyasət

Cevdet Yılmaz: II Dünya Müharibəsindən sonra formalaşmış qlobal nizam geri qayıdır

Xpress.az Redaksiyası 17.04.2026 13:01

Beynəlxalq qurumların təsirinin zəiflədiyi müşahidə olunur, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı sanki geriyə qayıdır.

Xpress.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

O bildirib ki, Türkiyə bu tendensiyanı öz bölgəsində də aydın şəkildə hiss edir.

C.Yılmaz əlavə edib ki, risklər və çətinliklər çoxdur, lakin yeni imkanlar da yaranır: "İkili əməkdaşlıqların və tərəfdaşlıqların əhəmiyyəti getdikcə artır. Hazırda qlobal səviyyədə əməkdaşlıq xüsusi önəm kəsb edir. Diplomatiyanın rolunu açıq şəkildə görürük və bunu münaqişələrin fonunda daha da aydın hiss edirik".

O, Türkiyənin NATO üzvü olduğunu xatırladaraq qeyd edib ki, eyni zamanda Türk Dövlətləri Təşkilatında təmsil olunur: "Beynəlxalq qurumların formalaşmasında iştirak edən tərəflərdən biriyik. Biz müharibələrin deyil, diplomatiyanın tərəfdarıyıq. Ədalət və sülh əsas prioritetlərimizdir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək