Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Hikmət Hacıyev: Digərləri bizim üçün gündəm yaratm...
Hikmət Hacıyev: Digərləri bizim üçün gündəm yaratmamalıdır
Siyasət

Hikmət Hacıyev: Digərləri bizim üçün gündəm yaratmamalıdır

Xpress.az Redaksiyası 17.04.2026 13:22

Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.

Xpress.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda panel sessiyada deyib.

O, bölgədə ölkələrin öz nizamını qurmalı olduğunu bildirib: "Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var. İnteqrasiya mütləq olmalıdır".

H.Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər: "Türkiyə və Azərbaycan arasında abu münasibətlər önəmli yerdədir. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də burada daxil edə bilərik".

O əlavə edib ki, bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub: "Azərbaycan Ermənistanla münaqişəni həll edib. Azərbaycan öz müstəqilliyini qoruyub bölgəyə sülh geri gətirib.  Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb. Artıq bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək