Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Hakan Fidan: Baş verən proseslər bölgənin gələcəyi...
Hakan Fidan: Baş verən proseslər bölgənin gələcəyini riskə atır
Siyasət

Hakan Fidan: Baş verən proseslər bölgənin gələcəyini riskə atır

Xpress.az Redaksiyası 17.04.2026 16:23

Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır.

Xpress.az-ın Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun açılış mərasimində deyib.

Onun sözlərinə görə, bu gün diplomatiyanın ürəyi Antalyada döyünür:

"Bu gün dünyada cərəyan edən proseslər Antalyada müzakirə olunur. Hər gün dünyada böhranlar görürük və bu da dünyadakı proseslərə təsir edir".

Nazir əlavə edib ki, bölgədəki son proseslər bunun bariz nümunəsidir:

"Əldə olunan atəşkəs və sülh davamlı olmalıdır".

Nazir bəyan edib ki, diplomatiyanı yenidən işlək hala gətirmək lazımdır.

H.Fidanın sözlərinə görə, bunun sayəsində ortaq gələcəyi inkişaf etdirmək mümkündür.

"Rəcəb Tayyib Ərdoğan bu xüsusda beynəlxalq qərarsızlıqla bağlı dəfələrlər narahatlığını ifadə edib. Bu gün isə görürük ki, bəzi ölkələr bu kimi problemlər qapılarına çatanda həmin narahatlığı ifadə edirlər".

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət sülh istiqamətində vacib çağırışlarla qarşı-qarşıyadır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək