Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Şuşa İƏT-in turizm paytaxtı olaraq qastronomiya tə...
Şuşa İƏT-in turizm paytaxtı olaraq qastronomiya tədbirinə ev sahibliyi edib -
Ana səhifə

Şuşa İƏT-in turizm paytaxtı olaraq qastronomiya tədbirinə ev sahibliyi edib - FOTO

Xpress.az Redaksiyası 28.04.2026 16:39

Aprelin 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının və Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə Şuşa şəhərində “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbiri çərçivəsində Qastronomiya günü təşkil olunub.

Xpress.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, bu cür tədbirlər yalnız müxtəlif mətbəxlərin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda insanlar arasında əlaqələrin qurulmasına və inkişafına xidmət edir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qeyd edib ki, Şuşada qastronomiya tədbirlərinin təşkili artıq ənənəvi xarakter alıb və bu cür təşəbbüslər həm milli mətbəxin təbliğinə, həm də ölkənin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Azərbaycanın zəngin və qədim mətbəx ənənələrinə, eləcə də qastroturizmin inkişafı üçün geniş potensiala sahib olduğunu bildirən Fuad Nağıyev bu turizm növünün inkişaf etdirilməsinin Dövlət Turizm Agentliyinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

İƏT-in Baş Katibi Əsəs Məcid Xan təşkilatın 2026-cı il üçün paytaxtı seçilən Şuşada keçirilən qastronomiya gününün üzv ölkələrin zəngin kulinariya irsinin və mədəni müxtəlifliyinin parlaq nümayişi olduğu bildirib. O, bu cür təşəbbüslərin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında turizm, mədəniyyət və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, İran və Əfqanıstanın açıq hava şəraitində qurulmuş stendlərində həmin ölkələrin qastronomiya mütəxəssisləri tərəfindən hazırlanmış, destinasiyaların qastroturizm potensialını əks etdirən əsas kulinariya nümunələri nümayiş etdirilib.

Stendlərdə hər bir ölkənin özünəməxsus qastronomiya nümunələri hazırlanaraq dequstasiya üçün ziyarətçilərə təqdim olunub.

Tədbir müddətində xanəndələrin ifaları, rəqs nömrələri nümayiş etdirilib, həmçinin konsert proqramı da təşkil olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək