Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycanın qastronomiya irsi və turizm potensial...
Azərbaycanın qastronomiya irsi və turizm potensialı beynəlxalq festivalda təqdim olunur -
Ana səhifə

Azərbaycanın qastronomiya irsi və turizm potensialı beynəlxalq festivalda təqdim olunur - FOTO

Xpress.az Redaksiyası 02.05.2026 17:06

Azərbaycan Turizm Bürosu 1-3 may tarixlərində İçərişəhərdə keçirilən “Bakı Beynəlxalq Xalça Festivalı: 2026” çərçivəsində ölkəmizin qastronomiya irsini, regional məhsul müxtəlifliyini və turizm potensialını ziyarətçilərə təqdim edir.

Xpress.az xəbər verir ki, festivalda yerli fermerlər və istehsalçılar Azərbaycanın müxtəlif bölgələrinə məxsus, ölkənin zəngin biomüxtəlifliyini və regional qastronomiya ənənələrini əks etdirən məhsulları nümayiş etdirirlər. Məhsullar arasında mürəbbə, bal, çay, halva, şirniyyatlar, süd məhsulları və digər yerli dadlar yer alır. Bu təşəbbüs həm yerli istehsalçıların tanıdılmasına, həm də Azərbaycanın qastronomiya turizmi imkanlarının daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Bununla yanaşı, festival ərazisində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosunun turist məlumat mərkəzinə yaxınlaşan yerli və xarici ziyarətçilərə Azərbaycanın turizm imkanları, regionların turizm potensialı və səyahət marşrutları haqqında məlumat verilir, turistik kitabçalar, broşürlər, xəritələr və digər promo materiallar təqdim olunur.

Qonaqlar VR eynəklər vasitəsilə Azərbaycanın müxtəlif turizm istiqamətlərini virtual şəkildə kəşf edir, rəqəmsal monitorlarda ölkənin təbiət, mədəniyyət, qastronomiya və şəhər turizmi imkanlarını əks etdirən vizual materiallarla tanış olurlar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək