Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Abşeronda "ucuz torpaq" tələsi:
Abşeronda "ucuz torpaq" tələsi:
Ana səhifə

Abşeronda "ucuz torpaq" tələsi: İFŞA OLUNAN BƏLƏDİYYƏ SƏDRİ - GİZLİ ÇƏKİLİŞ

Xpress.az Redaksiyası 03.05.2026 12:23

Abşeron rayonunda yüksək təpəlik ərazilərdə istənilən ölçüdə torpaq sahələri almaq mümkündür. Bu torpağı ucuz qiymətə alırsan, şəhərin bütün mənzərəsi sənin olur. Bura qədər hər şey gözəl və cəlbedici səslənsə də, bu torpaqların sənədsiz, qazsız və susuz olduğunu öyrənəndə vəziyyət dəyişir.

Xpress.az xəbər verir ki, AzTV komandası sözün əsl mənasında dağın ən yüksək hissəsinə gedib. Amma bu dağ artıq dağ olmaqdan çıxıb. Çünki hər addımda bir fərdi yaşayış evi var. Bu mənzərə onu göstərir ki, evlərin sayı günü-gündən artmaqda davam edir.

Ərazidə xeyli sayda boş torpaq sahələri mövcuddur və bu sahələr artıq hasara alınıb, satışa çıxarılıb. Maraqlısı isə budur ki, bu torpaqları kim və necə satır?

Ərazidə yüzlərlə belə ev var. Tikilən hər 10 evdən yalnız birində çıxarış tapmaq mümkündür, digərləri isə sənədsizdir. Sakinlərin sözlərinə görə, əksər hallarda yalnız bələdiyyə sənədi təqdim olunur.

Bu bələdiyyə sənədini necə əldə etmək mümkündür? AzTV əməkdaşları bu məqsədlə Hökməli bələdiyyəsinə üz tutublar. Alıcı qismində yaxınlaşıb beş sot torpaq almaq istədiklərini bildiriblər. Özünü bələdiyyə sədri kimi təqdim edən şəxs əməkdaşı satışda olan torpaq sahəsinə aparıb.

- Burada bir neçə belə sahə var. Yaxşı yerdir.

- Bələdiyyə sənədi verilir?

- Bəli, sənədlər var, qeydiyyat aparılır.

- Qazı, suyu, işığı varmı?

- Hələ yoxdur. Amma ev tikiləndən sonra çəkmək mümkündür.

- Çıxarış veriləcək?

- Hazırda bununla bağlı layihə hazırlanır. Torpaq komitəsində kadastr qeydiyyatı aparılıb, sonradan dövlət portalına yerləşdiriləcək.

Torpaq sahəsinin qiyməti ilə bağlı isə belə cavab verildi:

- Bu sahə təxminən 8 min manatadır. Amma bir az danışıq yeri var, daha ucuz da etmək olar.

Satıcı alıcıları əmin etməyə çalışır:

- Narahat olmayın, sabah başqa qurum gəlib əlavə pul tələb etməz.

Hətta tikintini necə tezləşdirmək barədə də "məsləhətlər" verilir:

- Əvvəlcə yavaş-yavaş başlayın, sonra işi sürətləndirərsiniz.

Göründüyü kimi, bu proses düşündüyümüzdən də asandır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Bildirildi ki, sorğu aidiyyəti şöbəyə yönləndirilib və araşdırma aparıldıqdan sonra məlumat veriləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək