Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı yekunla...
VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı yekunlaşıb
Ana səhifə

VI “Qızıl Şah” Milli Kulinariya Çempionatı yekunlaşıb

Xpress.az Redaksiyası 08.05.2026 19:52

31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) çərçivəsində keçirilən “Qızıl Şah” Milli Kulinariya Çempionatı yekunlaşıb, qalibləri bəlli olub.

Bu barədə Xpress.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, çempionatın yekun nəticələrinə əsasən “Ən yaxşı gənclər komandası” nominasiyası üzrə Serbiya təmsilçiləri birinci yerə layiq görülüblər. “Chefleen” komandası ikinci, “CÀSÀ” komandası isə üçüncü yeri tutub.

“Ən yaxşı peşəkar komanda” nominasiyasında “Hyatt Hotel” komandası birinci olub. “Chefleen” ikinci, “Novikov Group” isə üçüncü yerlə mükafatlandırılıb.

Fərdi kateqoriyalar üzrə “Gənclər arasında ən yaxşı ət yeməyi” nominasiyasında İbrahim Rəhimov, “Gənclər arasında ən yaxşı quş əti yeməyi” nominasiyasında Nail Bayramov və Rəhim Mustafayev, “Gənclər arasında ən yaxşı dəniz məhsulları yeməyi” nominasiyasında isə İnarə Səmədova fərqləniblər.

“Ən yaxşı milli komanda” nominasiyası üzrə Azərbaycan komandası birinci yerə layiq görülüb. Xorvatiya ikinci, “Kazakhstan Chefs Hub” komandası isə üçüncü yeri tutub.

Çempionatın əsas mükafatı olan “İlin qızıl aşpazı” adına Belarus təmsilçisi Voiçanka Katsiarina layiq görülüb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi, Ümumdünya Usta Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) tərəfdaşlığı ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) tərəfindən təşkil olunan çempionatda Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Serbiya, Rusiya, Belarus, Xorvatiya, Rumıniya və Ukraynadan komandalar iştirak edib.

Builki çempionatın proqramına fərdi aşpaz kateqoriyaları, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər (junior) kateqoriyaları daxil edilib, innovasiyalara, davamlı inkişafa və milli kulinariya ənənələrinin müasir beynəlxalq tendensiyalarla vəhdətinə xüsusi diqqət yetirilib.

6-cı “Qızıl Şah” Milli Kulinariya Çempionatının münsiflər heyəti ABŞ, Böyük Britaniya, İsveç, İtaliya, Almaniya və digər ölkələrdən olan, “Worldchefs” tərəfindən lisenziyalaşdırılmış beynəlxalq hakim-aşpazlar olublar.

Xatırladaq ki, 2019-cu ildən keçirilən çempionatda yerli və əcnəbi aşpazlar individual, həmçinin komanda şəklində müxtəlif yarış kateqoriyalarında iştirak edirlər. “Qızıl Şah” Milli Kulinariya Çempionatı 2024-cü ildən etibarən “Wordlchefs” ilə birgə təşkil edilən “Gold Shah” kontinental (qitə) aşpazlar çempionatına ev sahibliyi etmək hüququnu əldə edib. “Wordlchefs” tərəfindən rəsmi olaraq tanınan ilk yerli çempionat kimi “Qızıl Şah” Milli Kulinariya Çempionatı digər ölkələrin də komandalarını qəbul etmək imkanı qazanıb. Bundan əlavə, beynəlxalq tanınma nəticəsində müsabiqənin qaydaları təkmilləşdirilərək daha yüksəksəviyyəli hakimlər münsiflər heyətinə cəlb edilib.

“Qızıl Şah” çempionatı kulinariya sahəsində yeni istedadların üzə çıxarılması, təcrübə mübadiləsi və Azərbaycanın qastronomiya mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması üçün mühüm platforma olaraq inkişafını davam etdirir.

Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək