Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Serbiya mediası Azərbaycanın turizm imkanları ilə...
Serbiya mediası Azərbaycanın turizm imkanları ilə tanış olub
Ana səhifə

Serbiya mediası Azərbaycanın turizm imkanları ilə tanış olub

Xpress.az Redaksiyası 06.05.2026 17:02

Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Serbiyadan olan media nümayəndələri üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.

Xpress.az xəbər verir ki, səfər Serbiyanın milli hava daşıyıcısı “Air Serbia” tərəfindən Bakı və Belqrad şəhərləri arasında birbaşa uçuşların başlaması ilə əlaqədar təşkil olunub və Serbiyanın nüfuzlu media qurumlarından 12 nümayəndə ilə yanaşı, “Air Serbia”nın 2 təmsilçisi də iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Bakının əsas turizm məkanlarını ziyarət edərək İçərişəhər, Heydər Əliyev Mərkəzi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Palçıq Vulkanları Turizm Kompleksi və digər turizm potensialı yüksək olan ərazilərlə yaxından tanış olub.

Proqram çərçivəsində qonaqlar üçün şəhər turları təşkil olunaraq Azərbaycanın mədəni irsi və turizm imkanları barədə ətraflı məlumat təqdim edilib, eyni zamanda milli mətbəxi əks etdirən qastronomiya üzrə master-klas keçirilib.

Qonaqlara, həmçinin “Sea Breeze Resort” kompleksinin yay turizmi imkanları barədə ətraflı məlumat verilib.

Tanışlıq səfəri zamanı nümayəndə heyəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində olub. Görüş zamanı idarənin rəisi Riad Qasımov tərəfindən Bakının 2040-cı il üzrə Baş planı təqdim edilib.

Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Milli Koordinatorunun müavini Gülşən Rzayeva tərəfindən ölkəmizdə 17-22 may tarixlərində keçiriləcək WUF13 tədbirinə hazırlıq prosesi barədə geniş məlumat verilib.
Səfər çərçivəsində qonaqlar “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olaraq burada həyata keçirilmiş və hazırda davam edən şəhərsalma işləri barədə məlumat əldə edib, ərazi üzrə gəzinti turunda iştirak ediblər.

Proqramın mədəni hissəsi çərçivəsində iki ölkə arasında mədəni əlaqələrin inkişafının nümunəsi olaraq Serbiya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan-Serbiya birgə klassik musiqi konserti təşkil olunub.

Qeyd edək ki, Azərbaycan və Serbiya vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq olunur. Mayın 3-dən etibarən “Air Serbia” tərəfindən Bakı-Belqrad marşrutu üzrə həftədə iki dəfə həyata keçirilən birbaşa uçuşların iki ölkə arasında turizm mübadiləsinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Günay ATİLLA

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək