Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə “İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirak...
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub
Ana səhifə

“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

Xpress.az Redaksiyası 08.05.2026 16:16

Mayın 7-də Dövlət Turizm Agentliyinin inzibati binasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “İmkanlar hər kəs üçün” sosial layihəsi üzrə turizm sahəsində təcrübə proqramı keçmiş iştirakçılara sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
 
Xpress.az xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Nihad Muxtarlı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, BMT-nin Məskunlaşma Proqramının baş məsləhətçisi Məleykə Tağızadə çıxış ediblər.
 
Onlar inklüzivliyin təşviqi, əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası, onların peşəkar bacarıqlarının inkişafı sahəsində aparılan işlərin əhəmiyyəti barədə fikirlərini bölüşüblər, həmçinin “İmkanlar hər kəs üçün” sosial layihəsinin bu istiqamətdə mühüm dəstək rolu oynadığını vurğulayıblar.  
 
Bildirilib ki, layihə üzrə 18-35 yaş aralığında əlilliyi olan 25 şəxs 10 gün ərzində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu və Qoruqları İdarəetmə Mərkəzində gündəlik iş prosesinə cəlb olunaraq praktiki təcrübə qazanıblar.
 
Tədbirin sonunda layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
 
Qeyd edilən layihə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq tədbirləri çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunub.
 
Məqsəd əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasına, inklüziv iş mühitinə, iştirakçıların sosial-peşəkar bacarıqlarının inkişafına dəstək göstərməkdir.   

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Temperatur kəskin enəcək

04.11.2026 13:10 Cəmiyyət

AzTV-dən 100 illik yubileyə həsr olunan təsirli

04.11.2026 12:47 Gündəm

İctimai nəqliyyatda hər 4-cü gediş 1 qəpik olacaq

04.11.2026 12:34 Cəmiyyət

Paytaxtın yağış və tullantı suları problemi həllini tapır

04.11.2026 12:27 İqtisadiyyat

Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq

04.11.2026 11:57 İqtisadiyyat

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək