Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Messi: "O mənim dostumdur!"
Messi: "O mənim dostumdur!"
İdman

Messi: "O mənim dostumdur!"

Xpress.az Redaksiyası 10.05.2026 11:19

“İnter Mayami”nin ulduzu Lionel Messi onun “Barselona” və PSJ-dəki sabiq komanda yoldaşı Neymar barədə danışıb.

O, braziliyalı hücumçunun 2026-cı il dünya çempionatında çıxış etməyə layiq olduğunu hesab edir.

“Mən obyektiv ola bilmərəm, çünki o, mənim dostumdur. Əlbəttə, dünya çempionatına getsin və orada onun üçün yaxşı hadisələr baş versin istərdim, çünki o, buna layiqdir. Dünya çempionatında həmişə ən yaxşı futbolçuları görmək istəyirsən və Neymar oynadığı müddətdə həmişə onlardan biri olacaq”, – deyə Messi bildirib.

Xatırladaq ki, Neymar Braziliya millisinin mart ayında keçirilən yoldaşlıq oyunlarına çağırılmamışdı. Lakin daha sonra komandanın baş məşqçisi Karlo Ançelotti hücumçunun 2026-cı il dünya çempionatına yollanmaq şansının olduğunu açıqlamışdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək