Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Ulduz futbolçu DÇ-2026-dan sonra karyerasını başa...
Ulduz futbolçu DÇ-2026-dan sonra karyerasını başa vuracaq?
İdman

Ulduz futbolçu DÇ-2026-dan sonra karyerasını başa vuracaq?

Xpress.az Redaksiyası 10.05.2026 14:17

ABŞ-ın “Minnesota” klubunun ulduz yarımmüdafiəçisi Xames Rodriges 2026-cı il dünya çempionatından sonra karyerasını başa vurmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə “AS Colombia” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 34 yaşlı kolumbiyalı futbolçu artıq qərarını klub rəhbərliyinə çatdırıb. “Minnesota” rəhbərliyi isə təcrübəli yarımmüdafiəçini fikrindən daşındırmağa çalışır və ona 2026-cı ilin sonuna qədər nəzərdə tutulan yeni müqavilə təklif edib.

Xames Rodriges karyerası ərzində Portuqaliyanın “Portu”, Fransanın “Monako”, İspaniyanın “Real Madrid”i və Almaniyanın “Bavariya”sı kimi nəhəng klublarda çıxış edib.

2026-cı il dünya çempionatında Kolumbiya millisi Portuqaliya, Özbəkistan və Konqo Demokratik Respublikası ilə eyni qrupda mübarizə aparacaq. Planetin birinciliyi 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək